Bakı-Yalama-Bakı qatarı yenidən fəaliyyətə başlayır

25.01.2016 - 14:52

yalamaSərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, fevralın 1-dən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.

611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək və saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=50950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728