"Binə"də qiyam gözlənilir

15.03.2014 - 11:36

“Binə”də qiyam gözlənilir

Sahibkarlar bazar rəhbərliyinin onlara qarşı təxribat hazırladığını deyir
“Binə” Ticarət Mərkəzi ətrafında qalmaqal yaranıb. Bu barədə məlumatı “Olaylar” qəzeti yayıb. Qəzet adının çəkilməsini istəməyən sahibkarlara istinadən yazıb ki, ticarət mərkəzində yenə də mağaza sahiblərinə qarşı təxribat hazırlanır. Bazar rəhbərliyinin göstərişi ilə sahibkarlara yenidən təzyiqlər başlanıb.
Təzyiqlərin səbəbi isə sahibkarların ticarət mərkəzini tərk etməsidir. Mağaza sahibləri bildirilər ki, onlara artıq bu ticarət mərkəzində alver etmək sərf etmir. Çünki, ticarət mərkəzi yaxın vaxtlarda söküləcək. Sahibkarlar deyib: “Ticarət mərkəzinin yarısı söküləcək. Bu barədə hamıya xəbərdarlıq edilib. Amma, bazar rəhbərliyi bunun yalan olduğunu deyir ki, biz bazarı tərk etməyək. Amma, əslində bu neçə vaxtdı müzakirə olunur. Bazarın 1-ci sırasından 6-cı sırasına qədər olan ərazi söküləcək. Çünki, həmin ərazidən dairəvi yol keçəcək. Burda da ən yaxşı alver gedən ərazi 4, 5 və 6-cı sıralardır. Bu sıralar dağıldısa daha “Binə”yə heç kim gəlməyəcək. Biz də buna görə, bazarı indidən tərk edib özümüzə yer tapmaq istəyirik. Amma, imkan vermirlər. Hər cəhdlə çalışırlar ki, bizi burda saxlasınlar, acından öldürsünlər. Hər gün bir cür təzyiqlər edirlər. Gah deyirlər ki, kim çıxsa mağazası əlindən alınacaq, gah deyirlər narahat olmayın, yol başqa yerdən keçəcək. O gün gəlib deyirlər ki, guya Kəbirə Məmmədova yuxarılarla danışıb, yolun sxemini dəyişdirib, guya yol “Binə” nin sağ tərəfindən keçəcək. Bir-iki nəfər də çaşqınlıq yayıb ki, guya yol “Binə”dən yox, “Sədərək”dən keçəcək. Amma, bilirik ki, bu bəhanələrdir. Bizi burda saxlamaq istəyirlər ki, bazarı tərk etməyək. Hamı bilir ki, bu layihə “Binə” Ticarət mərkəzinin bir hissəsindən keçəcək və 7 sıra dağıdılacaq”. 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5098

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031