ABŞ – ın Rusiya ilə vuruşmamasının əsas 6 səbəbi

15.03.2014 - 12:01

ABŞ – ın Rusiya ilə vuruşmamasının əsas 6 səbəbi

Ukraynanın müvəqqəti hökumətinin rəhbəri Arseni Yasenyukun bir gün əvvəl Vaşinqtonda prezident Barak Obama ilə görüşündə yalnız bir xahişi olub: Ukraynanın təhlükəsizliyinə dair 1994-cü il müqaviləsinin tərəflərindən biri kimi ABŞ müstəqil, suveren dövləti dəstəkləsin
Politoika.az saytı xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Lakin “Forbes” jurnalında dərc edilmiş məqaləsində ABŞ-ın Lexington İnstitutunun araşdırma mərkəzinin icraçı direktoru Loren Tompson yazır ki, ABŞ Ukraynaya görə Rusiya ilə hərb müstəvisində qarşı-qarşıya gələ bilməz.
ABŞ – ın Rusiya ilə vuruşmamasının əsas 6 səbəbi
L.Tompson respublikaçıların prezident Barak Obamanı acizlikdə günahlandırmasını rədd edərək yazır ki, əgər ABŞ prezidenti indiki situasiyada zəif görünürsə belə, bu, Amerikadan daha çox Rusiya üçün əhəmiyyət daşıyan ərazidə – Ukraynada qəti hərəkətlərə əl atmağın nə dərəcədə təhlükəli olmasını dərk etməsindən irəli gəlir
Müəllif ABŞ-ın indiki böhranda güc tətbiqinin qeyri-mümkün olduğunu və bunun qlobal miqyasda fəlakətə aparıb çıxaracağını sübut edən 6 səbəb göstərir.
Birincisi, Rusiya Amerikanı tamamilə məhv etmək imkanına malikdir. Rusiyanın minlərlə nüvə başlığı var və Amerikanın bu silahlara qarşı yeganə müdafiə imkanı analoji cavab zərbəsidir.
“İndi bunun nəticələri barədə özünüz düşünün” – deyə müəllif vurğulayır.
İkincisi, Ukrayna Rusiyanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir.
“Əgər siz hələ də başa düşmürsünüzsə ki Amerika qoşunlarının Ukraynaya yeridilməsi niyə müharibəyə səbəb ola bilər, o zaman Kubada sovet raketlərinin yerləşdirilməsinə Vaşinqtonun reaksiyasını yada salın” – deyə L.Tompson yazır.
Üçüncüsü, ABŞ və NATO-dakı müttəfiqləri hərbi əməliyyatlarda maraqlı deyillər. Onlar Rusiyadan enerji təchizatı baxımından asılıdır və Rusiyanın da üzləşdiyi uzunmüddətli demoqrafik problemlə üz-üzədirlər.
“Avropa sivilizasiyası növbəti regional müharibədən sonra bir daha özünə gələ bilməzdi” – deyə müəllif qeyd edir.
Dördüncüsü, Rusiya yerində hərbi üstünlüyə malikdir. Coğrafi şərtlər tələb edir ki, Amerika hərbi rəisləri ya müttəfiqlərin hərbi bazalarından istifadə etsin, ya da Bosfor dənizindən Qara dənizə Hərbi-Dəniz Qüvvələrini göndərsin. Bu zaman müttəfiqlər Rusiyanın qisasından qorxaraq öz bazalarını Amerikanın ixtiyarına verməkdən çəkinərdi. Qara dənizdəki Amerika gəmiləri isə Rusiya aviasiyasının, yerüstü raketlərinin asan hədəfi ola bilərdi.
Beşincisi, siyasi qüvvələrin nisbəti aydın deyil. Krım formal olaraq Ukraynanın tərkib hissəsi olsa da o, yüz illər boyu Moskvanın nəzarətində olub və əhalisinin əksəriyyəti ruslardır. Ukraynanın şərq regionları da Rusiya ilə sıx bağlıdır. Ona görə də hər iki regionda Amerika qoşunlarını yəqin ki, alqışla qarşılamayacaqlar.
Altıncısı, amerikalı seçicilər hərbi əməliyyatlara qəti şəkildə qarşıdır.
“Ona görə də əgər hesab edirsinizsə ki Ukrayna Amerika ordusunun müdafiəsinə qalxmalı olduğu ölkədir, bir daha bu barədə fikirləşin” – deyə L.Tompson yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031