Hacı Şahinə sərt xəbərdarlıq
15.03.2014 - 12:27
Hacı Şahinə sərt xəbərdarlıq
Hacı Firuz Qədimov: “Sənə son xəbərdarlığı edirik, özüvü yığışdır və etiqadımızı gizlətmə” “Hacı Şahin özünü elə aparır ki, guya şiyəliyinin müdafiəçisidir
Ərdoğanın şiyəlikdə təqiyyə barədə dediyinə cavab verməklə əslində özünü biabır etdi”.
Bu sözləri Politika.az-ın elektron ünvanına göndərdiyi məktubunda Hacı Firuz Qədimov yazıb. O yazır ki, Hacı Şahini qınamır, çünki onun İranda müctəhidlərin yanında təhsil almadığını iddia edib. “Əhli şiyəlikdə təqiyyənin nə olduğunu heç şiyə ülaması da gizlətmir və şiyəlikdə təqiyyə etiqad məsələsidir. Şiyəlikdə təqiyyə Hacı Şahinin dediyi kimi təqib zamanı və ya problem olanda deyil. Şiyəlikdə təqiyyə müxalifi, yəni əhli sünnəni aldatmaq üçün onun kimi danışa bilərsən. Baxın İran müctəhidlərimizə, Ərəb ölkələrində konfranslarda Abu Bəkri, Öməri tərifləyən sözlər deyirlər. Sünnilər şiyələrə deyəndə ki, baxın sizin filan müctəhidini belə dedi. Dərhal cavab veririk ki, müctəhid təqiyyə edirdi”. Hacı Firuz Qədimov daha sonra misal olaraq göstərir: “Misal üçün əhli şiyənin öz mötəbər kitablarından “Biharul Anvar” kitabında Əbu Bəkri, Öməri və Aişəni tərifləyən çox sözlər var. Hacı Şahin kimisinə deyəndə ki, axı buda sizin ən mötəbər kitabınız və imamların dilindən təriflər. Dərhal cavab verir ki, imamlar təqiyyə edib. Camaata belə dediyin halda nə üçün əsl etiqadımızı gizlədirsən”. Məktubu yazan şəxs bildirir ki, Hacı Şahinin sadəcə, bəxti gətirib. “Hakimiyyət Azərbaycan şiyələrini İran müctəhidlərindən uzaq tutması və İran müctəhidlərinin fətvalarına inanmamaları üçün Azərbaycan şiyəliyini sənin ətrafında toplamağa çalışır. Hacı Abgül məsələsindən sonra hakimiyyət gördü ki, Azərbaycan şiyəliyi İran müctəhidlərinin fetvaları ilə mitinqlər təşkil edir və müxalifətlə birləşirlər. Hakimiyyət dərhal səni TV kanallar vasitəsi ilə şişirtdi. Hakimiyyətdə yaxşı bilir ki, şiyəliyin dərinlikləkrini bilmirsən. Heç zaman səndən müctəhiddə olmayacaq. Həmişə hakimiyyətin maraqlarına uyğun şiyəliyi təbliğ edəcəksən”. Şiyəlikdə təqiyyə nədir məsələsinə toxunan Hacı Firuz qeyd edir ki, ən mötəbər şiyə alimi Şeyx Mufid təqiyyəni belə izah etmişdir: “Təqiyyə haqqı və etiqadı gizli gizlətmək və müxalifləri bu vasitə ilə susdurmaq, çaşdırmaqdır.( Tashih al-Etiqad kitabı səh 115)” Mötəbər şiyə alimimiz al-Bahrani demişdir: “Müxaliflərin etiqadına görə özünün də o etiqadda olduğunu göstərmsəinə təqiyyə deyilir” (al Kaşkul kitabı cild 1 ,səh 202)” Ən mötəbər şiyə alimimiz Muhamməd bin Əli ( ləqəbi saduqdur) demişdir: “Təqiyyə vacibdir.Kim təqiyyəni tərk edərsə sanki namazı tərk etmiş kimidir.Təqiyyəni tərk etmək olmaz. Təqiyyə etmək sahib zaman zühür edənə qədər vacib olaraq qalacaqdır. Kim sahib zaman zühur etmədən təqiyyəni tərk edərsə artıq islam dinindən çıxmışdır” (Etiqad Risaləsi səh 104). İmamımız Cəfər Sadiq(aleyhissalam) demişdir:”Təqiyyə etməyən bizdən deyildir” (AL Amali Tusi kitabı səh 287) İmam Bəqirdən ən kamil insan barədə soruşurlar. O belə cavab verir: “Ən kamil insan təqiyyə etməyi ən yaxşı biləndir”. ( Usul Al Asila kitabı səh 324) Məktubun müəllifi daha sonra yazır ki, Hacı Şahinin bu gün öz maraqların üçün hakimiyyətin yanında olmağını təqiyyə etmən kimi qəbul edirlər. “Yoxsa çoxdan İrandakı mücətidlərimiz sənin kafir hökmünü vermişdilər. İranda özündə bilirsən tanıdığmız müctəhidlə danışdıq. O çox rəhimli insandır. Bizə dedi ki, hakimiyyətin yanında olmasını təqiyyə kimi qəbul edin. Əl-Vəsail Şiyə kitabında qeyd edilmişdir: “Dövlət başçısına tabe olmağı təqiyyə ilə elə göstərin”.( 11 cild 471 səh). Bax imamlardan bu rəvayətə görə sənə kafir hökmü hələkilik vermirik”. Hacı Firuz Qədimov daha sonra bildirir ki, Ərdoğan əslində düz deyir. “Nurçuların lideri Fətullah Gülən öz sünniləriniə qarşı bizim təqiyyəmizdən istifadə edir. Fətullah Gülən ilk sünnidir ki, şiyələrin təqiyyəsindən istifadə edib. Bu əslində yaxşıdır. Çünki bizim təqiyyədə haqlı olduğumuzu göstərir”. Məktubu yazan şəxs sonda Hacı Şahinə xəbərdarlıq da edib. “Hacı Şahin sənə son xəbərdarlığımız. Özüvü yığışdır. Etiqadımızı gizlətmə. Allahşükür Paşazadə qədər ola bilmədin. Heç zaman etiqadımızda əsas məsələləri gizlətmir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5101