Qorbaçov Ukrayna hadisələrindən danışdı

15.03.2014 - 13:00

Qorbaçov Ukrayna hadisələrindən danışdı

Mixail Qorbaçov da Ukraynada baş verən hadisələrdən danışdı. 
Avropa. info M.Qorbaçovun öz saytına istinadən xəbər verir ki, SSRİ-nin birinci və axrıncı prezidenti Qorbaçov Ukraynada baş verən hadisələr “perestroyka” prosesinin iflasa uğradılması və SSRİ-nin “ağlagəlməz, avanturist” formada buraxılmasıdır: “Mən bütün siyasi vasitələrdən istifadə edərək SSRİ-nin vahidliyinin qorunmasına çalışdım. O zaman Belovejskoe Puşe razılaşmasından əvvəl və sonra Rusiya, Ukrayna, Belarus rəhbərlərinə xəbərdarlıq edərək bildirdim ki, bu gələcəkdə çox dağıdıcı hərəkətlərə və təhlükələrə yol açacaq. Mən o zamankı Rusiya rəhbərliyinin bu dağıdıcı fəaliyyətini pislədim. Çox təəssüf ki, o zaman mənim xəbərdarlığımı heç kim eşitmədi. Rusiya Ali Soveti nə Krım, nə də Sevastopolu bir kəlmə ilə yad etmədən SSRİ-nin dağılması haqqında qərarı alqışla qəbul etdi”.
Qorbaçovun fikrincə, yeni “soyuq müharibə”nin başlanmasına yol vermək olmaz: “Mən ümid edirdim ki, Ukrayna siyasətçiləri yaranmış durumdan ləyaqətli çıxış yolu tapacaqlar. O zamankı vəziyyətin təhlükəli xarakter aldığını görəndə isə Putinə, Obamaya və dünyanın digər aparıcı liderlərinə müraciət etdim. Bildirdim ki, öz imkanlarınızdan istifadə edib Ukraynanın üzləşdiyi dalandan çıxış yolu tapmağa yardım edin. Çox təəssüf ki, bunu etmədilər. Mənim bu çağırışım hələ də qüvvədədir. İndiki məqamda ən başlıca  məqam təhlükəli eskalasiyanı dayandırmaq və Rusiya ilə Ukrayna vətəndaşları tərəfindən dəstəklənən həll yolunu tapıb, yeni soyuq müharibənin qarşısını almaqdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5103

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930