Abbas Abbasov və "standart tənqidbazlar"

14.03.2014 - 11:24

Abbas
Abbasovun “Ukraynada
sülh,
sabitlik və həmrəylik mütləq olacaq” başlıqlı məqaləsi Azərbaycan
mediasında böyük tənqid axınına tuş gəldi. Prinsipcə ciddi arqumentlərə və
faktlara istinad edilməyən bu tənqidlər arasında rusdilli “haqqin.az” saytı və “Yeni
Müsavat” qəzetində dərc olunan yazılar xüsusilə diqqət çəkir. Bu iki məqalə
üzərində, məhz onların mahiyyətini açıqlamaq üçün dayanmağa dəyər.

İlk olaraq
onu bildirək ki, “haqqin.az” saytında Eynulla Fətullayevin dərc etdiyi məqaləni
oxuyarkən məqsəd və məram aydın olur. Müəllifin bu cür kiçik məqaləni xüsusi
maraq əsasında və həvəssiz yazdığı dərhal sezilier. Uğursuz opponent reallığa
uyğun gəlməyən faktları həqiqət kimi təqdim edir və ümumi kontekstdən çıxarılmış
fikirləri sitat gətirərək oxucuda məqsədli şəkildə Abbas Abbasovun şəxsiyyəti haqda
mənfi təsəvvür yaratmağa çalışır. Bu cəhətlər isə yazının sifarişli olmasını və
ya ucuz sensasiya məqsədilə yazılmasını düşünməyə əsas verir. Təbii ki,
reallığa uyğun gəlməyən faktlar və qərəzdən irəli gələn yanlış baxış müəllifi
məqsədinə çatdırmayıb. Ümumiyyətlə bu məzmunda yazıları oxuyarkən istər istəməz
belə bir sual ətrafında düşünürsən: “Azərbaycan jurnalistikasında sifarişin hokum
nə qədər güclüdür? Yaxud bu “ideoloji” cəbhənin döyüşçüləri olan
jurnalistlər Azərbaycanda hansı ideoloji ideyalarının yayılması barədə göstərişlər
üçün nə qədər haqq alırlar?”. Azərbaycan mediasında müxalif düşərgədə olmaq
sanki məntiqdən uzaqlaşmağa bərabərləşib və bu mövqedə deyilən hər sözü oxucuya
aksioma kimi zorla qəbul etdirmək ənənəsi yaranıb. Belə bir yanlış baxış
altında isə bizim üzərində dayandığımız yazılar kimi siyasi məqsədlərə xidmət
edən qərəzli mövqelər cəmiyyətə sırınır. Özünü bir dəfə qaldırmaq üçün, həmin
məqalələrin müəllifləri özünü süni şəkildə yüksəltməyə can atır, ətrafdakıların
kiçildərək. Bütün məqsəd isə Abbas Abbasovu hədəfə alaraq onun haqda mənfi rəy
yaratmaq, xidmətlərini azaltmaqdır.

Görəsən
Abbas Abbasovun hazırda yaşadığı ölkənin-
Rusiya Federasiyasının əleyhinəə qalxması niyə
belə qəzəblə qarşılanır? Özü də tək bu deyil. Çeçenistan Respublikasının başçısı
Ramzan Kadırov, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və bir
çox görkəmli müsəlman xadimləri haqda yanlış təəssürat yaradılır. Səbəb isə
Abbas Abbasov və adlarını çəkdiyimiz şəxslərin Rusiya prezidenti Vladimir
Putinin Krımın öz müqəddəratını təyin etmə hüququnu tanıması və burda yaşayan
260 min krım tatarının (onlar türk dilli xalqlardır) haqqını müdafiə etməsi
haqda mövqeyini bəyənməsidir.

Ən təəccüblüsü
isə odur ki. Ictimaiyyəti çaçdırmaq üçün A.Abbasovun bu fikirlərini erməni
separatizmi və Dağlıq Qarabağın müstəqilliyinin müdafiəsi kimi təqdim edirlər. Bu
fikirlər xüsusilə Z.Səfəroğlunun məqaləsində ayrıca qeyd olunub. Görünür həmin
şəxslər A.Abbasovun erməni diasporası və erməni separatizminə qarşı fəaliyyəti
haqda heç bir məlumata malik deyillər. Və hətta malik olsalar belə onların
siyasi mövqeyindən irəli gələn qərəz bu həqiqətləri ifadə etməyə imkan verməz. Amma
mütləq dilə gətirilməli olan başqa həqiqətlər var. Maydan hərəkatını
Azərbaycanda müdafiə edənlər bu gün  Arsen
Рђvакоv kimi erməninin vəzifəyə gətirilməsini
unutmamalıdırlar. Azərbaycanda eyni siyasi mövqedə ola, yəni Maydan hərəkatının
təbliğatçıları indi də Yulya Timaşenkonun prezident seçilməsini arzulayır. Bu
isə xüsusi diqqət tələb edən bir məqamdır. Kimdir Yuliya Timoşenko (Qriqyan)?
Adın bu şəkildə yazılışı hər şey demirmi? Bu faktı Timoşenko nə qədər ört
basdır etməyə çalışsa da bu həqiqətdir.  Tarixi
qaynaqlar Qriqyan soyadı haqda ciddi məlumatlar verir. Bu soyad təmsilçiləri 1918-1923-cü
illərdə Qarabağda “işğalçı” hərəkətləri ilə məhşurlaşıb və erməni
separatizminin gerçək müdafiəçilərini bu cəbhədə axtarmaq lazımdır.

Azərbaycan
oxucusunu həqiqətdən uzaq fikirlərlə aldatmaq isə çətindir. Xüsusi məqsədlərlə
Abbas Abbasova qarşı kampaniya bir nəticə verməyəcək. Ukraynada kimlərin
hakimiyyətə gəldiyi isə göz qabağındadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5109

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031