Milli Şuradan "Yeni Müsavat"a ittihamlar
“Yeni Müsavat” qəzeti Milli Şura haqqında
həqiqətə uyğun olmayan məlumat yayır”
“Yeni Müsavat” qəzeti Milli Şura haqqında
həqiqətə uyğun olmayan məlumat yayır”
“Yeni Müsavat” qəzetinin 15 mart 2014- cü il tarixli
67 (5776) saylı buraxılışında Milli Şura haqqında “Milli Şuranın
fəaliyyəti iflic olub” adlı həqiqətə
uyğun olmayan növbəti yazı dərc olunub. Yazıda “AXCP-nin qərargahının əlindən
alınıb sökülməsi bu partiya ilə yanaşı, Milli Şuranın da faktiki olaraq
qərargahsız qalmasına səbəb olub. Bu isə artıq Milli Şuranın
fəaliyyətinə öz təsirini göstərməkdədir. Məlumatlara görə, qurumun rəhbər
orqanı olan Koordinasiya Şurasının toplantıları yer olmaması səbəbindən
keçirilmir. Milli Şuranın sessiyasının da keçirilməsi üçün yer yoxdur” kimi dezinformasiya xarakterli fikirlər yer alıb.
Milli Şuranın Mətbuat Xidməti bildirir ki, “Yeni Müsavat”
qəzetində dərc olunan bu yazı reallıqdan uzaq olmaqla quruma qarşı növbəti
təxribat cəhdidir. Milli Şura haqqında cəmiyyətdə mənfi rəy yaratmağa xidmət
edən növbəti ugursuz addımdır. Məlumat üçün bildiririk ki, Milli Şuranın
Koordinasiya Mərkəzinin iclasları hər həftə nəzərdə tutulan vaxtda keçirilir.
Qurumun son 2 iclası Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Leyla Yunusun
rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun ofisində keçirilib.
Koordinasiya Mərkəzinin iclasları barədə hazırlanmış məlumat bütün mətbuat
orqanlarına, o cümlədən “Yeni Musavat” qəzetinə də göndərilib. Milli Şura son 2
həftədə 2 mühüm ictimai dinləmə keçirib; Avrointeqrasiya mövzusunda və AXCP-
nin məskunlaşdığı binanın partladılması ilə bağlı araşdırmaçı jurnalist qrupunun hazırladığı hesabatın təqdimatı.
Təəssüflə qeyd etmək lazımdır ki, dəvət olunmasına baxmayaraq digər mətbuat
orqanlarından fərqli olaraq “Yeni Müsavat” qəzetinin əməkdaşları tədbirdə
iştirak etməyiblər. Eyni zamanda qurumun öz sessiyasının keçirilməsi ilə bağlı
da hər hansı problem yoxdur. Əsasnaməyə uyğun olaraq yaxın günlərdə KXCP- nin
qərargahında növbəti sessiya keçiriləcək.
Milli Şuranın fəaliyyəti, bəyanat və açıqlamaları,
keçirdiyi tədbirlər haqqında qurumun Mətbuat Xidmətini yaydığı məlumatları dərc
edən və bu fəaliyyətdən xəbərdar olan qəzetin “Milli Şuranın
fəaliyyəti iflic olub” qənaətində
bulunması təəssüf və təəccüb doğurur.
Milli Şura bütün mətbuar orqanları ilə əməkdaşlığa
hazır olduğunu bir daha bəyan etməklə onları qurumun fəaliyyəti haqqında
məlumatları yayarkən obyektivliyə riayət etməyə, qarşı tərəfi dinləməyə, hər
hansı məlumatı dəqiqləşdirmək üçün Milli Şuranın Mətbuat Xidməti ilə əlaqə
saxlamağa çağırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=5111