Ukrayna ordusu rus desantlarının qaşısını alır

16.03.2014 - 00:39

Ukrayna ordusu rus desantlarının qaşısını alırHadisə Krım yaxınlığında, Arbatskaya strela adlanan yarımadada baş verib 

Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb. Bu haqda xəbər verən Ukrayna rəsmiləri iddia edirlər ki, hadisə Krım yaxınlığında, Arbatskaya strela adlanan yarımadada baş verib. 70-ə yaxın Rusiya desantçısı Ukraynanın Xerson vilayətinin Qeniçenskiy rayonunda yerləşən və “Çernomornefteqaz” şirkətinin yanar qaz ötürücüsü stansiyasını ələ keçirməyə cəhd göstərib. Ukrayna müdafiə nazirliyi xəbər verir ki, Ukrayna silahlı qüvvələri dərhal Rusiya desantının qarşısını alıb, bu zaman aviasiya, desant və quru qoşunlarından istifadə olunub.
Hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitiriy Tymchuk bildirir ki, geri çəkilən Rusiya hərbçiləri hələ də Xerson vilayəti ərazisində, separatçılarla Ukrayna rəsmi hökumətini ayıran sərhəd xəttin Ukrayna tərəfindədirlər.Ukrayna Xarici işlər nazirliyi insidentlər bağlı Rusiyaya kəskin nota verərək bildirib ki, Rusiyanın öz ərazisinə müdaxiləsinin qarşısını almaq üçün Ukrayna bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728