Cəlilabad təhsili korrupsiya məngənəsində
İcra başçısınınmüavini kimi başladığı işiVidadi Dövlətov indi RTŞ
müdiri olaraq davam etdirir
“Cəlilabad
rayonunda təhsil sistemi olduqca bərbad vəziyyətdədir. Rayon Təhsil Şöbəsinin
müdiri Vidadi Dövlətovun xoşagəlməz əməlləri nəticəsində rayonda təhsil sahəsi
xeyli geriləyib”. Bu sözləri redaksiyamıza adının çəkilməsini istəməyən rayon
sakinləri deyiblər. Onların sözlərinə görə, şöbə müdirinin rəhbərliyi altında Cəlilabadda
təhsil məhv olmaq həddinə gəlib çatıb: “Şöbə müdiri ötən ilin aprel ayında vəzifəyə qoyulub. Köhnə müdirin vaxtında problemlər çox
idi. Belə ki, keçən ilin əvvəllərində hamımız sevinirdik. Xəbər yayılmışdı ki,
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları
rayonda 20-yə yaxın məktəbdə yoxlama aparıb və yoxlamalar nəticəsində rayon təhsilində
2 milyon manat yeyintinin olduğu üzə çıxıb. Sonradan xəbərin yalan olduğu üzə
çıxdı. Kaş ki, hər şey deyilən kimi olaydı və Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama həyata keçirəydi“.
İndi Rayon
Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Vidadi Dövlətov əvvəllər icra
başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini işləyib. Həmin dövrdə baş
verən maxinasiyalar və qanunsuzluqlar birbaşa müavin olaraq V.Dövlətov rəhbərliyi
altında baş verib. Buna görə də Cəlilabad təhsilində yoxlama aparılsaydı xeyli nöqsanlarortaya çıxardı. Mənbəmiz
deyir: “İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb
olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin
bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri
bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl
bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilər”.
Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə
RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov qeyri-qanuni işlərindən
əl çəkməyib.
Vətəndaşlar
deyir ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin nümayəndələri Cəlilabadda saxta
diplomlu müəllimləri aşkarlayıb: “76 müəllim diplomu qaydasında olmadığından
işdən azad edildi. Lakin üç-dörd ay keçəndən sonra şöbə müdiri bu müəllimlərin
bir neçəsini nəyinsə qarşılığında işə bərpa etdi. Vidadi müəllim nazirliyin müəllimlərin
işə qəbulu ilə bağlı keçirdiyi test imtahanlarına əhəmiyyət vermir. Belə ki, Cəlilabadda
müəllim işləmək istəyən şəxslərin “imtahanını” şöbə müdiri özü keçirir. Yəni
RTŞ müdiri nazirliyin xəbəri olmadan işə qəbul aparır. Ali təhsili olmayan bəzi
şəxslər məktəblərdə işə götürülür”. Onu da öyrəndik ki, rayonun Kövüzbulaq kəndində
2 nəfərə saxta şəhadətnamə verilib və bu işi icra edənlər hazırda müəllim işləyir:
“Hansı direktor və müəllim şöbə müdirinin hörmətini edirsə, qanunları çox rahat
şəkildə poza bilir. Rayonda təhsil sistemi tamam başqa prinsiplər üzərində
qurulub. Bunun ən bariz nümunəsi 2010-2011-ci dərs ilində məzunların göstərdiyi
“uğur”dur. Həmin ildə barmaqla sayılacaq qədər məzun ali məktəblərə qəbul ola
bildi. Daha dəqiq desək, 2011-ci ildə rayon məktəblərini 2129 şagird bitirib,
onların 1235-si attestat alıb. Attestat alanların 52,96 faizi, yəni 654 nəfəri
qəbulda iştirak edib.
210 məzun
tələbə olub. Rayon abituriyentlərinin ana dili, ədəbiyyat, tarix, coğrafiya,
ingilis dili fənləri üzrə göstəriciləri ölkə üzrə orta göstəricilərdən də
aşağıdır. Onların qəbulda topladığı orta bal 211.565-dir. Bu, ölkə üzrə orta
göstəricidən 6,3 faiz aşağıdır. Cəlilabad təhsili yaman pis gündədir. Məktəblərə
ayrılan kompyuterlər işləmir. Hansı müəllimlər ki, təzyiq altındadır, hər ay
maaşlarından 40 faiz tutulur. Avadanlıq adı altında dövlət büdcəsinə zərbə
vurulur. Bu kimi işlərə imza atan şöbə müdiri cəzasız qalıb. Səhv etmiriksə,
rayonda 76 məktəb fəaliyyət göstərir. Ancaq onların demək olar ki, heç birində
normal təhsil yoxdur. Şagirdlərin dərsə davamiyyəti olduqca aşağıdır. Repititor
yanına gedən şagirdlər “aylığa” çıxıb dərsə gəlmirlər. “Aylığın” qiymətini isə
direktorlar təyin edir. Əlbəttə, onlar şagirdlərdən aldıqlarından şöbə müdirinə
də nəysə çatdırırlar. Cəlilabadda təhsilin belə ağır vəziyyətdə
olması bizi narahat edir. Buna görə də təhsil naziri Mikayıl Cabbarova səslənib
demək istəyirik ki, Vidadi Dövlətovu vəzifədən kənarlaşdırsın. Biz bu şəxsin
şöbə müdiri postunda qalmasını istəmirik, vəssalam”. Yəqin ki, hörmətli nazir
sakinlərin istəyini nəzərə alıb RTŞ müdiri haqqında öz qərarını verəcək.
Əlavə olaraq
onuda qeyd edə bilərik ki, Cəlilabadın Əliabad kənd sakinləri redaksiyamıza məktub
yollayaraq bildirirlər ki, Vidadi Dövlətovun kəndimizdəki məktəbdən demək olar
ki, xəbəri yoxdur. Çünki, məktəbin şagirdlərinin demək olar ki. 30 faizi gedir
məktəbə. Məktəb bərbat vəziyyətdədir. Davamiyyət yoxdur məktəbdə. Məktəbin
istilik sistemi, belə demək olar ki, məktəbə aid nə varsa Əliabad kənd məktəbində
onların heç əlli faizi yoxdur.
Tural
Short URL: http://www.cumhuriyyet.net/?p=5114