Ukraynalı uşaq Putini "sındırdı"

16.03.2014 - 01:55

“Rusiya prezidenti yalan danışıb” 

Ukrayna vətəndaşı Andrey Senko Rusiyanın dövlət başçısı Vladimir Putinin 2004-cü ildə ona bağışladığı prezident saatını indi geri qaytarır. 2004-cü ildə Vladimir Putin Ukraynanın faşist Almaniyasından azad edilməsinin 66-cı ildönümü mərasimində iştirak etmək üçün Kiyevə gəlir. Mətbuat konfransı keçirir, Ukrayna vətəndaşlarının suallarını cavablandırır. Andrey Senkonun insanların arzusu ilə bağlı verdiyi sual Putinin xoşuna gəlir və ona prezident saatını bağışlayır. Putin 7 yaşlı uşağın sualına belə cavab vermişdi: “Bir arzum var, hər kəs sülh içində yaşasın”. 

Bu gün Andrey Senko Putini yalançı adlandırır. O, deyir ki, Putin o vaxt “hər kəs sülh içində yaşasın” deməklə yalan danışıb. “Bu gün Putin Ukraynanı müharibə ilə hədələyir. O, bizim sülh içində yaşamağımızı istəmir. Putin yalançıdır. Ona görə də onun mənə hədiyyə etdiyi prezident saatını geri qaytarıram”, deyə Andrey Senko bildirib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=5116

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728