Səudiyyə Ərəbistanından neft üçün tarixi qərar

26.01.2016 - 11:53

seudiyyeDünyanın ən böyü xam neft istehsalçısı Səudiyyə Ərəbistanın “Saudi Aramco” kompaniyasının sədri Xalid əl-Falih şirkətin aksiyalarının satılmayacağını bildrib.

Avropa.info xəbər verir ki, neft nəhənginin aksiyalarının satılması barədə mətbuatda iddialar səslənərkən Xalid əl-Falih enerji ehtiyatlarının da satışa daxil edilməyəcəyini deyib.

“Ehtiyatlar satılmayacaq, ancaq şirkətin ehtiyat fondundan gəlir əldə edilməsi üzərində iş davam edir” – deyə bildirib.

“Saudi Aramco”nun digər neft nəhəngi “Exxon Mobil”dan 10 dəfə çox neft ehtiyatına malikdir və ümumi dəyəri 2,5 trilyon dollardan artıqdır.

Səudiyyə şirkətinin birja dəyərinin “Apple” şirkətini də keçməsi gözlənilir. “Apple” şirkəti hal-hazırda dünyanın ən bahalı şirkətidir.

Qeyd edək ki, “Saudi Aramco” keçmiş Səudiyyə kralı Əbdüləziz Əl-Səud və ABŞ prezidenti Franklin Ruzvelt zamanında ortaq şirkət kimi yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=51230

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728