ABŞ kəşfiyyatı azərbaycanlılarla bağlı səhvini düzəltdi

26.01.2016 - 12:26

ciaABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Güney Azərbaycanda yaşayan azərbaycanlılarla bağlı səhvini düzəldib.

Publika.az xəbər verir ki, CİA-nın rəsmi saytında ötən həftəyə qədər güney azərbaycanlılarının sayı İran əhalisinin 16 faizini təşkil etdiyi göstərilirdi. Lakin saytda edilən son düzəlişdə azərbaycanlıların sayı 40 faiz olaraq göstərilib.

“Araznews” saytının rəhbərliyinin yaydığı məlumata görə, CİA-nın bu düzəlişi etməsinə səbəb güneyli soydaşlarımızın çoxsaylı müraciətləri olub.

Qeyd edək ki, rəsmi Tehran İran daxilində yaşayan digər xalqların sayı, ümumiyyətlə, onlar haqda hansısa informasiyaların toplanmasına icazə vermir. Buna görə də indiyə qədər Güney Azərbaycanda yaşayan soydaşlarımızın sayı təxmini olaraq göstərilməkdədir. Soydaşlarımız haqda aparılan çoxsaylı araşdırmalarda onların sayı İran əhalisinin 16, yaxud 40 faiz olduğu göstərilirdi. CİA da indiyə qədər ən aşağı göstəricini təqdim edirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=51245

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728