п»ї İcra başçılarından biri kabinetindəcə həbs oluna bilər – "Yuxarılar" razılıq verərsə… – GƏRGİNLİK VAR

16.03.2014 - 11:21
п»ї

İcra başçılarından biri kabinetindəcə həbs oluna bilər – “Yuxarılar” razılıq verərsə… – GƏRGİNLİK VAR

İki rayonun icra başçısının durumu ağırdır. Onlardan birinə qarşı isə artıq cinayət işi açılıb, amma bu barədə məlumatlar ictimailəşdirilmir”. Bu şok açıqlamanı DİA.AZ-a verən mənbə iddia edir ki, söhbət paytaxt Bakının rayonlarından gedir.
Mənbənin söylədikləri: “Onlarla bağlı bütün informasiyalar gizlədilir. Amma durumları ağırdır. Çünki faktiki olaraq birinə qarşı cinayət işi var, digər isə qapılarda qalıb. Hətta vəziyyətdən çıxa bilməsi üçün 1 milyon təklif edən icra başçısı zar-zor barəsində cinayət işinin açılmasını əngəlləyib”.
Mənbənin dia.az-a bildirdiyinə görə icra başçıları konkret olaraq maliyyə maxinasiyalarında ittiham olunurlar: “Bu məsələnin ictimailəşdirilməməsi isə bu barədə “yuxarıların” xeyir-duasının hələ verilməməsidir. Əgər razılıq alınarsa, icra başçılarından biri kabinetindəcə həbs oluna bilər. Eynən 9 il əvvəl Əli İnsanov kabinetində həbs olunduğu kimi”…
Onu da bildirək ki, həmin icra başçılarının kimlikləri ilə bağlı redaksiyamız araşdırma aparır. Məlumata görə onların hər ikisi Bakının rayonlarının rəhbərləridir. Amma əyalət rayonlarından birinin də rəhbərinin arada olduğu bildirilir. (dia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728