Vasif Talıbov Bakı polisinin rəisinə "müharibə" elan edib

16.03.2014 - 11:39

Vasif Talıbov Bakı polisinin rəisinə “müharibə” elan edib

“Naxçıvan Qaz” İB-nin rəisi Səxavət Abbasov Naxçıvanda hakimiyyət dəyişikliyi cəhdində ittiham edilib; onun və general Rafiq Abbasovun yaxın qohumlarının evlərində axtarışlar aparılıb
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı ilə “Naxçıvan Qaz” İstehsalat Birliyinin rəisi Səxavət Abbasov ev dustağı edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun yeznəsi (bacısının həyat yoldaşı) olan S.Abbasov “Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə”, “Vasif Talıbova qarşı kampaniya aparmaqda” suçlandırılır. Onun iş yerində, evində, yaxın qohumlarının evində axtarışlar aparılıb.
Qaynağımız deyib ki, V.Talıbov Bakı polisinin rəisinin yaxınlarını Naxçıvana buraxmır: “Rafiq Abbasov Şahbuz rayonunun Mahmudoba kəndindəndir. Həmin kənd böyük şairimiz Məmməd Arazın kəndinə qonşu kənddir. Dağların ətəyindədir. Rafiq Abbasovun qardaşları, yaxınları orada özlərinə evlər tikdiriblər. Bir ay əvvəl onlar Mahmudobaya getmək üçün Naxçıvana gəliblər. Lakin Vasif Talıbovun əmrinə əsasən onları geri qaytarıblar. Bundan sonra tərəflər arasında ziddiyyətlər daha da dərinləşib”.
Qaynağımız deyib ki, V.Talıbov Bakıda vəzifədə olan Naxçıvan kökənli, iri ranqlı məmurları özünə rəqib bilir və hər fürsətdə onlara, yaxınlarına qarşı belə addımlar atmaqdan çəkinmir. Bu barədə qəzetimiz də dəfələrlə yazıb. V. Talıbov Naxçıvan kökənli vəzifəli məmurlardan başqa, həm də bir sıra nazirləri, Naxçıvanda strukturu olan sahə rəhbərlərini də saya salmır.  (pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728