Tağı Əhmədovun yaxın ətrafı pərt olub

16.03.2014 - 12:32

Tağı Əhmədovun yaxın ətrafı pərt olub

Onlar metropolitenin sabiq rəisinə hörmətsizlik edildiyi qənaətindədirlər
 
Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edildikdən sonra onun həmin qurumda başqa posta təyin ediləcəyi yaxud da səfir göndəriləcəyi barədə məlumatlar yayıldı.
Bu məlumatların heç bir əsası yoxdur. “Azadlıq”a daxil olan xəbərdə deyilir ki, Tağı Əhmədovun başqa vəzifəyə təyinatı barədə qərar olsaydı, o, özünün də xəbəri olmadan işdən çıxarılmazdı. Yada salaq ki, Tağı Əhmədovun işdən çıxarılması barədə sərəncam yayılanda sabiq rəisin bundan xəbəri olmayıb. Hətta o, jurnalistlərə “mən iş başındayam, məni heç kim işdən çıxarmayıb” deyib. Azərbaycan hakimiyyətində adətən qələmi sındırılmış məmurları bu sayaq işdən çıxarırlar. Və bu halda onlar barədə hər hansı yeni təyinatdan söhbət gedə bilməz.
Bundan başqa Tağı Əhmədov işdən çıxarılandan sonra metro köşklərinin yığışdırılması məsələsi gündəmə gəldi. Bununla sabiq rəisin bir sıra maxinasiyalarının üstü açıldı. Artıq Respublika Prokurorluğu və Vergilər Nazirliyinin Bakı Metropolitenində yoxlamalar apardığı barədə məlumat yayılıb. Hətta Tağı Əhmədovun həbs olunacağı bildirilir.
Əldə etdiyimiz məlumatlara görə, Tağı Əhmədovun yaxın ətrafı da onun bu sayaq işdən çıxarılmasından pərt olub. Sabiq rəisin adamları bunu Tağı Əhmədova qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Və onlar da Tağı Əhmədovun hər hansı vəzifəyə təyin olunacağı barədə məlumatları ciddi qəbul eləmir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5130

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930