Azərbaycan təhsilində dəhşətli korrupsiya aşkarlandı

16.03.2014 - 13:09

Azərbaycan təhsilində dəhşətli korrupsiya aşkarlandı

Kəlbəcər Təhsil şöbəsində iriçaplı  korrupsiya və saxta diplomları özündə əks etdirən hüquqi sənədlər toplusunu Moderator.az əldə edib. Sənədlərdə göstərilən faktlar tədbir görülməsi üçün Təhsil Nazirliyinə təqdim olunsada nazirlik rəsmiləri hələ ki, susmağa üstünlük verirlər. 
Bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan Kəlbəcər rayon sabiq təshil şöbəsinin müdiri Məhəmməd Bağırovun fəaliyyətinə dair korrupsiya və digər qanunsuzluqlar üzə çıxması barəsində araşdırmaçı jurnalist Ərşad İbrahimov Korrupsiya qarşı mübarizə İdarəsinə eləcədə Təhsil Nazirliyinə araşdırma təqdim edib. Kəlbəcər Təhsil Şöbəsinin (TŞ) fəaliyyətini yoxlayan Təhsil Nazirliyinin xüsusi qrupu da həmin faktları üzə çıxarsa da nədənsə bü günə kimi aşkara etdiyi korruspiya faktlarını prokurorluqdan gizlədib. Aparılan təftiş nəticəsində təhsil şöbəsi müdirinin külli miqdarda yeyintilərə imza etdıyı üzə çıxıb. Belə ki, 2012-2013-cü dərs ilinin sentaybr ayında rayonun ümumtəhsil məktəblərində Kəlbəcər rayon İcra hakimiyyəti Başçısının sərancamı ilə təsdiq olunmuş  1238 sinif komplekti ilə tarifləşdirilməsinə baxmayaraq sabiq TŞ-nin müdiri Məhəmməd Bağırov özbaşınalıqla  bu həddi 1278 sinif səviyyəsinə qaldırıb. Nəticədə il ərzində 40 sinif komplektinə qanunsuz vəsait xərclənib. Təhsil Şöbəsində mühasibatlıq işlərini nəzarətsiz buraxılması, əməkhaqqlarının hesablanması zamanı müəllimlərin stajının,dərəcə və rayon əmsallarının düzgün hesablanmaması, evdə təhsilə cəlb olunmuş (xəstə) şagirdlərin sayını süni şəkildə artırılması , Maliyyə Nazirliyində vəsait nəzərdə tutulmayan artıq sinif komlpektlərinin məktəblərə verilməsi və digər hallar nəticəsində hal-hazırda 560.000( beş yüz altmış min) manat büdcə kəsiri yaranıb. Kəlbəcər TŞ-də aparılan yoxlama zamnı  2012-2013-cü illər plastik kartlarla “Kod” əməliyyatı üzə çıxıb. Sabiq TŞ-nin müdiri M.Bağırov  özünə yaxın adamların əmək haqqlarının üzərinə 5-10 qat maaş yüklədilməsi faktları da üzə çıxarılıb. M.Bağırova yaxınlığı ilə seçilən TŞ-də qeyri rəsmi kargüzarlıq işlərini icra edən , eyni zamanda Goranboy rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 76 в„–-li tam orta məktəbində müəllimə işləyən Şükürova Xatirə Həsən qızı müəllimlərin aylıq əməkhaqqlarını onların şəxsi hesablarına köçürülməsi əməliyyatlarını  icra edirmiş. Nəticədə 18 nəfər müəllimin 3268 manat 48 qəpik əməkhaqqı  it-bata düşüb.
” Kapital Bank” ASC-nin Kəpəz filalının 19 fevral 2014-cü il tarixli 144 в„–-li məktubu ilə göndərmiş məlumatdan məlum olur ki, şöbənin işçilərinin əmək haqqı hesablarına (kodlarına) aylıq əmək haqqlarından 5-10 dəfə artıq məbləğdə pul vəsaitləri köçürülüb. Belə ki, əmək müqaviləsi, əmri olmayan, şöbədə kargüzarlıq işlərini icra edən Şükürova Xatirə Həsən qızının  adına 2012-ci ilin iyul ayında 1496 manat , dekabr ayında 1279 manat ,2013-cü ilin fevral ayında 1552 mant köçürülüb. Bu “Kod” əməliyyatı anbardar Elburus Mehdiyevdən də yan keçməyib. Belə ki, onun şəxsi kod nömrəsinə 2012-ci ilin iyul ayında 1482 manat, 2013-cü ilin fevral ayında 1000 manat pul köçürülüb. 2011-2013-cü illər üzrə adları “KOD” əməliyatına düşən 18 nəfəri “Kapital Bank”ASC-nin Kəpəz filalı tərəfindən araşdırılıb üzə çıxarılıb. Təhsil Şöbəsinə müəllim və işçilərin işə götürülməsində də ciddi nöqsan və qanun pozuntularına yol verilmiş, belə ki, Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 в„–-li əmri ilə təsdiq olunmuş “Azərbaycanb Respubilkası Təhsil Nazirliyi nomenkulaturası”na uyğun olmayan yəni testdən, müsabiqədən kənar qaydada 2008- 2013-cü illər ərzində cəmi 855 nəfər müəllim vakant yeri olmadığı halda 5-6 saat dərs yükünə işə qəbul edilib. Bu kütləviliyə səbəb sabiq Təhsil Naziri Misir Mərdanovun 46-25-4910/16 nömrəli 05 avqust 2009-cu il tarixli razlıq məktubu bu əmrlərə əsas kimi müəllimlər işə qəbul ediliblər. Təkcə Azərbaycan Müəllimləri İnstitutunun Gəncə filalının diplom və arayışları ilə 160 nəfər müəllim işə götürülsə də araşdırma zamanı  bu diplomların əksəriyyətinin yəni 109 nəfərinin təhsil sənədləri dövlət nümunəli olmadığı üzə çıxmışdır. 2010-2012-ci illərdə büdcə vəsaiti hesabına rayonun bir neçə məktəblərində cari və əsaslı təmirin aparıldığı göstərilsədə rayonun 22,37, 117 в„–-li məktəblərinin dierektorları TŞ-nə məktubla müraciət edərək göstərilən təmir işlərinin aparılmadığını və həmin vəsaitlərin hara sərf edilməsindən xəbərsiz olduqlarını bildirib. Təhsil Şöbəsinin anbarında da 2011, 2012, 2013-cü illər əırzində büdcə vəsaiti hesabına alınmış inventar avadanlıqların nazirlik, İdarə təşkilat və digər şirkətlər tərəfindən verilmiş inventar və avadanlıqların alınması və məktəblərə paylanması vəziyyətinə dair 26.05.2013-cü il tarixli arayışa əsasən anbarda aparılan yoxlama zamanı komissiya göstərilən illər ərzində anbardar Mehdiyev Elburus Aydın oğlunun 127662 manat 72 qəpik dəyərində inventar çatışmamazlığını aşkar edilib. 2003-cü ildə Kəlbəcər TŞ-nin pedoqoji kollektivin yuxarı instansiyalara çox saylı şikayətləri nəticəsində aparılmış yoxlamalar zamanı sabiq TŞ-nin müdri dövlət büdcəsinin 1 mln manat mənimsənilməsində ittiham ediblər. Yuxarıda göstərilən faktlar Rayon TŞ-nin Pedoqoji Şurasının qərarı ilə rəsmiləşdirilərək, Kəlbəcər rayon Prokuroru Ariz Əliyevə  və Təhsil Nazirliyinə də göndərilib.
Qeyd edək ki , hazırda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsində bu məsələylə bağlı cinayət işi qaldırılıb. Lakin Təhsil Nazirliyi  yuxarıda göstərilən faktlarla bağlı nədənsə susqunluq nümayiş etdirir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930