Uşağına Lumu və Peşiman adı qoymaq istədi

26.01.2016 - 15:44

usaq2“Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”.

Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “Arsen”, “Mutluay”, “Mutlugün”, “Peşiman” və “Lumu” adlarını qoymaq istədikləri məlum olub.

Sədr müavinin sözlərinə görə, valideynlərə bu adların uşaqlara verilməsinin qanuna müvafiq olmadığı izah olunub: “Nəticədə uşaqlara həmin adlar qoyulmadı”.

S. Sadıqova qeyd edib ki, son zamanlar adların düzgün yazılışı ilə bağlı müraciətlərin sayı artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=51403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728