Bakıda univermaq çökdü: 3 nəfər dağıntı altında qaldı
Bakıda univermaq çöküb. Hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.
Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.
Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb. (“Report”)
Short URL: http://www.cumhuriyyet.net/?p=51417