“Bəs, bu bankların problemi necə olacaq?” – Tanınmış iqtisadçıdan hökumətə açıq suallar

26.01.2016 - 16:25

rovsen-aqayev“Artıq bankların sayı 43-dən 38-ə endi. Proses yəqin davam edəcək, bağlanan və birləşən bankların hesabaına bankların yekun sayının 30-dan az olacağı ilə bağlı gözləntilər var”.

Bu sözləri bu gün “Yunayted Kredit Bank”la “NBC Bank” bağlanmasına münasibət bildirən tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, indi sıradan çıxan banklar problemli kreditlərinin böyük həcmdə olması, ümidsiz kreditlərin ümumi bprclarda payının yüksək olması, müştərilər qarşısında ödəmə qabiliyyətinin kəskin pisləşməsi fonunda müflisləşmə riskinin həddən artıq pisləşməsilə bağlıdır:

“Hesab edək ki, bu plan baş tutdu və say kəskin azaldı. Amma bir reallıq da var: Hətta indi bank sektorunun top 10-luğunda olan bankların hamısı ciddi problemlər içərisindədir. Beynəlxalq kredit agentlikləri onların hamısının reytinqini sabitdən neqativə dəyişdi. Uzunmüddətlə kredit reytinqi sürətlə defoltöncəki səviyyəyənin (C) sərhəd nöqtəsinə yaxınlaşır”.

Daha sonra Rövşən Ağayev hökumətə açıq suallar ünvanlayıb:

“Bəs, bu bankların problemi necə olacaq? Dəstək olmadan özlərini bu durumdan çıxara biləcəklərmi? Bilməyəcəklərsə, hansı dəstək mexanizmləri real görünür? İndiki qeyri-şəffaf bank mühiti şəraitində bu dəstək bank kapitalının yekun olaraq cəmi 1 iqtisadi qrupun əlində cəmlənməsinə səbəb olmayacaqmı?

Əgər belə olacaqsa, bu, Azərbaycan üçün böhrandan çıxmaq üçün son şans olan rəqabətli biznes mühitinin yaradılması planlarının üzərindən bəri başdan qalın xətt çəkmək deyilmi?”.

Short URL: http://www.cumhuriyyet.net/?p=51435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728