Müşfiqabad məscidinin yeni imamı vəhhabilərin adamı çıxdı

17.03.2014 - 11:23

Müşfiqabad məscidinin yeni imamı vəhhabilərin adamı çıxdı 

Şaiq Əliyevə qarhı dünənə qədər aparılan kampaniyanın məqsədli olduğu məlum olub
Bir müddət əvvəl Müşfiqabad qəsəbəsində yerləşən məscid ətrafında qalmaqalın baş qaldırdığı barədə məlumat vermişdik. Politika.az-a verilən məlumatda deyilirdi ki, həmin məscidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin imam təyinatı ciddi narazılıq yaradıb.
Xüsusən də bu narazılıq vəhhabilərdən gəlib. Belə ki, radikal dini cərəyanın nümayəndələri yeni imamın arxasında dayanaraq, onunla birlikdə namaz qılmaqdan imtina etmişdilər. Hətta o da deyilirdi ki, vəhhabilərin Azərbaycandakı əsas liderlərindən biri olan Əlixan Musayev bütün tərəfdarlarına öz haqları uğrunda cihad fətvasını xatırladıb. 
Lakin son məlumatlara görə, Müşfiqabad qəsəbəsindəki məscidə yeni təyin olunmuş imam Şaiq Əliyev əslində, elə vəhhabilərin ən yaxın adamıdır. Politika.az-a verilən xəbərdə qeyd olunur ki, Şaiq Əliyev bilavasitə Əlixan Musayevin ən yaxın adamı sayılır. 
Dünənə qədər “yeni imamı qəbul etməyin” çağırışını edən Musayevin ötən həftə Müşfiqabada gəlməsi və məscidə baş vurmasından sonra isə durum dəyişib. Qəsəbə sakinləri bildirirlər ki, Şaiq Əliyevin öz yaxın adamı olmasından xəbər tutan gənc vəhhabilər Musayevin təşkil etdiyi dərslərə qatılmaqdan imtina ediblər. Ötən cümə günü həmin dərslərdən daha biri olmalıymış, lakin Əlixan Musayevin yanında gələn 8 nəfər və məsciddəki 4 nəfərdər başqa kimsəni toplaya bilmədiyindən geri dönüb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5146

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930