Nurçu qovğasında kimlərin "kəllə"si gedəcək?

17.03.2014 - 11:28

Nurçu qovğasında kimlərin “kəllə”si gedəcək?

Hakimiyyətdəki Fətullah Gülənlə bağlı olan məmurları qara günlər gözləyir 
Son dövrlər mətbuatda nurçu məmurlarla bağlı məsələ həddindən artıq geniş vüsət alıb. Politika.az xəbər verir ki, bu kontingentə aid olanlarla bağlı müfəssəl məlumatların yayılması və konkret adların çəkilməsi isə vəziyyətin kifayət qədər dramatik olmasından xəbər verir. 
Əldə olunan məlumatlara görə, hakimiyyət dairələrinin start verdirdiyi prosesdən dolayı yaxın vaxtlarda konkret tədbirlərin görülməsinə başlanılacaq. Bəs, bu oyunda kimlərin “kəlləsi” gedəcək? 
Politika.az-a daxil olan məlumatlarda vurğulanır ki, hal hazırda hakimiyyətin əlindəki siyahı üzrə araşdırmalar aparılır. Belə ki, Fətullah Gülənlə bağlı olan məmurlar, deputatlar və siyasətlə məşğul olanların adlarından ibarət olan siyahıdakıların yaxın vaxtlarda zərərsizləşdirilməsinə başlanılacaq. 
Siyahıda ilk yeri Elnur Aslanov tutur ki, Prezident Admnistrasiyasının rəsmisinin nurçularla əlaqələri barədə hələ xeyli əvvəldən məlumat vardı. Hətta o da deyilirdi ki, deputat Rəbiyyət Aslanovanın oğlunun əsas missiyası nurçuları hazırlayaraq, hakimiyyətə daşımaqdan ibarət olub. 
İkinci sırada deputat Ceyhun Osmanlının adı çəkilir və onun da Elnur Aslanovun adamı olduğu deyilir. Bildirilir ki, Osmanlının biznes şəriki də elə Gülən camaatının nümayəndəsi olaraq çıxıb. Və bu onun əleyhinə işləyən ən əsas faktorlardan sayılır. 
Hakimiyyətin hədəfində olan bir başqa deputat isə Fazil Qəzənfəroğludur. Onun nurçularla yaxın əlaqələrə malik olduğunu bildirən mənbə sözügedən şəxsin qısa müddətdən sonra ciddi problemlərinin yaranacağanı vurğulayıb. 
Məlumatlarda o da vurğulanır ki, nurçularla əlaqəli olan bir neçə icra başçısının da adı çəkilir. Onların kimliyi bizə məlum olsa da, bir qədər araşdırmaya gərək yarandığından adları açıqlanmır. Yaxın günlərdə isə bu şəxslərin kimliyi və nə işlərlə məşğul olması barədə isə müfəssəl məlumat verəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=5147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930