Elmar Vəliyevin Filarmoniyası niyə uçdu?
17.03.2014 - 11:46
Elmar Vəliyevin Filarmoniyası niyə uçdu?

Gəncədəki binanın dağılması icra başçısının işləri hansı keyfiyyətdə gördüyünü bir daha təsdiqlədi
Məlum olduğu kimi, ötən həftənin şənbə günü Gəncədə yerləşən Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub.
Məlumatda deyilir ki, uçquna səbəb yeni tikilən binada beton tökülən sütunların sıradan çıxması olub. Hadisə nəticəsində 4 nəfərin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Politika.az xəbər verir ki, icra başçısı Elmar Vəliyevin nəzarətində olan bu tikinti işində baş verən “ÇP” birbaşa onun özünə qarşı işləyən amildir. Çünki indiyə qədər Gəncədə aparılan tikintilərlə öyünən icra başçısı görülən işlərin hansı keyfiyyətdə olduğunu Filarmoniyada baş verənlərlə təsdiqləyib.
Aydın məsələdir ki, rayon və şəhərlərdə dövlət büdcəsinə aparılan işlərin hamısı keyfiyyət baxımından bərbad haldadır. Belə ki, büdcə vəsaitlərini mənimsəyən icra başçıları üstü bəzək, altı təzək prinsipi ilə çalışdıqlarından dolayı ortada bərbad bir durum yaşanır. Elə Gəncədə də hər il milyonlarla vəsait bu şəkildə talan edilir. Dövlət Filarmoniyasının binasının başına gələnlər isə korrupsiyanın bariz nümunəsidir.
Qəribə budur ki, pula xatir insanların taleyini görməzdən gələn belə icra başçıları bütün hallarda özlərinə bəraət qazandırmağa çalışırlar. İndi sual oluru ki, həmin tikintidə xəsarət almış 4 insanın ailəsi bu bayram ərəfəsində hansı məşəqqəti yaşayacaqlar? Ümumiyyətlə, onların ailələrinə yardım olunacaqmı? Bunları da bir kənara qoyuruq və sual edirik: “Həmin keyfiyyətsiz binalarda gələcəkdə insanlar yaşayacaq və ya təbdirlərə gələcəklər. Bəs, onlar uçqun altında qalsa nə olacaq?”
Təbii ki, bu suallara cavab vermək asan deyil. Elə Elmar Vəliyev də həmin sualların əsaslandırılmış formada cavablarını verəcək gücdə deyil. Ona görə ki, ortadakı fakt faktlığında qalır. Və Gəncənin icra başçısı hər nə qədər özünə bəraət qazandırsa da, yenə də bir əlininin korrupsiyaya bulaşdığını inkar edə bilməyəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=5148