Uşaq bağçalarında ət niyə yoxa çıxır?

17.03.2014 - 12:07

Uşaq bağçalarında ət niyə yoxa çıxır?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Cəlilabaddakı uşaq bağçalarında yoxlamalar aparıb.
Komitənin mətbuat xidmətindən virtualaz.org saytına bildiriblər ki, rayonun Heydər Əliyev prospektindəki 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında yoxlamalar zamanı anbarlarda ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadığı aşkarlanıb.
Bəlli olub ki, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratların miqdarı tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verilir. AZS 747-2013 standartının tələblərinə uyğun olaraq gündəlik qida rasionuna ət daxil edilməli olduğu halda 3 saylı uşaq bağçasında hazırlanan yeməklərin içərisinə ət qatılmır.  Həmçinin bağçalarda təsdiq edilmiş menyunun olmadığı, yeməklərin texnoloji təlimat və reseptura olmadan hazırlandığı, yuma əməliyyatının mətbəxdə aparıldığı müəyyən edilib. Bundan başqa yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, 1 saylı uşaq bağçasında isə istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələri yoxlamaya təqdim olunmayıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5150

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930