Maliyyə Nazirliyi 500 milyon dollarlıq istiqraz buraxır

27.01.2016 - 10:36

maliyye-nazirliyiMaliyyə Nazirliyi 300 milyon dollarlıq qısamüddətli, 200 milyon dollarlıq ortamüddətli istiqraz buraxır.

Qısamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 3 milyon ədəd, ortamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 2 milyon ədəddir.

26 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılacağını, dollar istiqrazlarına 3%, manat istiqrazlarına isə 10-12%-dən yuxarı gəlir təklif edəcəklərini bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=51505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728