Azərbaycanda bir neçə ali məktəb ləğv olunacaq

17.03.2014 - 12:19

Azərbaycanda bir neçə ali məktəb ləğv olunacaq 

Hələ 2013-cü ildə prezident seçkiləri öncəsi ölkə başçısının kadr islahatlarını seçkidən sonra davam edəcəyi barədə yazmışdıq. Bu islahatlar seçkidən sonra davam etsə də bir müddət kadr islahatlarına  fasilə verildi. Amma son vaxtlarda ali təhsil ocaqlarında kadr islahatlarının başlaması bu məsləni yenidən gündəmə gətirdi.Prezident seçkilərindən sonra üç ali məktəb rəhbərinin işdən çıxarılması isə ciddi tədbirlər planından xəbər verir. 
Avropa.info-nun  əldə etdiyi məlumata görə, ali məktəblərdə kadr islahatları uç ali məktəbin rektorunun çıxarılması ilə nəticələnməyəcək və bu proses davamlı olacaq. Ölkədə fəaliyyət göstərən əksər ali məktəblərin rəhbərlərinin dəyişdirilməsi planı mövcuddur və bu tədricən həyata keçiriləcək. Təhsil sahəsində islahatlar bununla bitməyəcək və bu daha geniş spektri əhatə edəcək. Belə ki, yeni təhsil strategiyasına uyğun olaraq təhsilin keyfiyyətinin artırılması məqsədi ilə aparılan islahatlar təkcə ali məktəb rəhbərlərini dəyişməklə bitməyəcək, bu islahatlar kompleks tədbirlər planına uyğun həyata keçiriləcək. Kadr islahatları ilə yanaşı ali təhsil müəssələrinin də ixtisarı nəzərdə tutulur. Hazırda bu istiqamətdə bir neçə variant üzərində iş gedir. Əsas istiqamətlərdən biri kimi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin dünyadakı reytinqli ali məktəblər sırasına daxil olması istiqamətində işlərin aparılması nəzərdə tutulur. Bu planın əsas mahiyyəti  təhsilin keyfiyyətini qaldırmaqla yanaşı xarici ölkələrdən Azərbaycana tələbə axınını təmin etməkdir. Bunu reallaşdırmaq üçünsə təkcə kadr dəyişikliyi ilə yanaşı digər tədbirlər həyata keçiriləcək. Plana uyğun olaraq həm ali məktəblərdə bəzi ixtisasların, bəzi ali məktəb fliallarının və ali məktəblərin ixtisarı nəzərdə tutulur. Hətta bəzi ali məktəblərin isə Bakıdan regionlara köçürülməsi planı da var. Yeni strategiyaya uyğun olaraq ali məktəblərdə  KAMPUS təhsil sisteminin tətbiqini həyata keçirlməsi planlaşdırır. Bu planları reallaşdırmaq üçün ali məktəblərdə təhsil keyfiyyəti, orada tədris olunan ixtisaslar və gələcək perspektivi ilə bağlı monitorinqə başlanılıb. Bu monitorinqin nəticəsinə uyğun olaraq hansı ali məktəbin bağlanması, hansı ali təhsil ocaqlarında ixtisasların tədrisi və sair məsələlərlə bağlı qərarlar veriləcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930