Bakıda vəhhabilərə qarşı əməliyyat keçirilib

17.03.2014 - 12:56

Bakıda vəhhabilərə qarşı əməliyyat keçirilib

Bakıda polis vəhhabi təriqətinin üzvü olduğu iddia olunan dindarlara qarşı əməliyyat keçirib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər.
 
APA polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib. A. Məmmədov bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar: “”Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5154

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031