"Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi" – Nazirlik daxilindən ŞOK AÇIQLAMA

17.03.2014 - 13:48

“Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi” – Nazirlik daxilindən ŞOK AÇIQLAMA

Keçən ilin 22 oktyabr tarixində əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin olunan Səlim Müslümovla bağlı redaksiyamıza maraqlı bir informasiya ötürülüb. Nazirlikdəki mötəbər mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, ilk günündən keçmiş ƏƏSMN şefi Fizuli Ələkbərova qarşı aqressiyasını ortaya qoyan Səlimm Müslümov özü ilə bərabər nazirliyə gətirdiyi kadrlar qarşısında şok bir tapşırıq da qoyubmuş.
Mənbənin söylədikləri: “Səlim Müslümovun məqsədi Fizuli Ələkbərovdan qisas almaq idi. Onların arasında köhnədən ədavət var. Yeni nazir də qisas alma fürsətini əldə etdiyini zənn etdi. Əslində bu gün istənilən bir nazirliyin əksər əməkdaşlarını həbsə atdırmaq üçün yetərincə faktlar var. Amma Səlim Müslümov həmin tipli faktları ortaya ataraq bir az manipulyasiya etdi. Hədəfdə isə kimsə yox, Fizuli Ələkbərovun özü idi”.
“Onu nəhayətdə durdurdular” deyən mənbə iddia edir ki, Səlim Müslümovun adamları da hazırda rüşvət alırlar: “Bu faktdır. Bu gün Fizuli Ələkbərovdan qalma kadrlardan Səlim Müslümovun adından pul yığılır. Kimi vəzifəsini qoruya bilməsi üçün, kimi də ümumiyyətlə, həbs olunmaması üçün. Yəni əgər söhbət rüşvətə qarşı mübarizədən gedirsə, indiki şəraitə görə günahkar kimdir? Hər halda, Səlim Müslümovun adamlarının bugünkü əməllərinə görə də Fizuli Ələbərovu sorumlu tutmaq olmaz”. (dia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930