General Vəli Kiçik: "Azərbaycan prezidenti mənə dedi paşa, yox olacaqsan…"

17.03.2014 - 14:27

General Vəli Kiçik: “Azərbaycan prezidenti mənə dedi paşa, yox olacaqsan…”

Türkiyədə 2007-ci ildən bəri həbsdə saxlanıldığı Silivri həbsxanasından buraxılan jandarma generalı Vəli Kiçik anadan olduğu Bilecik bölgəsinin Gölpazarı qəsəbəsinə gedib.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, onu minlərlə adam qarşılayıb. Qəsəbədə təşkil edilən “Türkmən şənliyi” mərasimində çıxış edən Vəli Kiçik deyib ki, Türkiyə hər kəsin gözünün qaldığı ölkədir.
“ABŞ prezidenti Corc Buş demişdi ki, hər dəfə barmağımı xəritədə Türkiyənin üzərinə qoyanda içim titrəyir. Elə duruma gəldik ki, dünyanın mərkəzi Orta Şərq oldu. Dünyanın mərkəzində də Türkiyə var. Mən sizə qısa əhvalat danışacağam. 2000-ci ildə mən Bilecikdə briqada komandiri idim. Çox yaxın dostum mən həbsdə olarkən rəhmətə getdi, cənazəsinə gedə bilmədim. Azərbaycan cümhurbaşqanı mənə dedi ki: “Paşa, yox olacaqsan, yox olacaqsan”. Mən onun nə dediyini anlamadım. Sonra dedi ki: “Qərar alındı, coğrafiya dəyişəcək, Orta Şərq yox olacaq. Orta Şərq yox olduğu üçün bütün dövlətlərin sərhədləri dəyişəcək. Bu sərhədlərin dəyişə bilməsi üçün əvvəlcə Türkiyənin yox olması lazımdır”. 
Vəli Kiçik daha sonra deyib ki, Türkiyəni yox etmək elə də asan deyildi, bunun üçün əvvəlcə türk ordusunun yox olması lazım idi: “Türk ordusunun yox edilə bilməsi üçün bəlkə də tale məni vurdu. Tutdular, 1980-ci ildən bu yana baş vermiş hər hadisəyə Vəli Kiçiyi soxdular. Hesablamışdılar ki, əgər Vəli Kiçik tutulsa, heç kim səsini çıxarmaz. Bu səbəblə ilk dəfə mən tutuldum. Ancaq bu da bir gerçək idi ki, məni tutmağı yox, öldürməyi planlaşdırmışdılar. Bütün gizli təşkilatlar arxamda idi. Həyat yoldaşım dedi ki, bəlkə də Allah səni həbsxanaya salaraq qoruma altına aldı”.
Qeyd edək ki, general Vəli Kiçik Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəylə yaxın idi və onunla tez-tez təmasda olurdu. 2000-ci ildə isə Azərbaycanın prezidenti Heydər Əliyev idi. Bu baxımdan “paşa, yox olacaqsan” xəbərdarlığını Vəli Kiçiyə kimin etdiyi qaranlıq qalır. Çünki Türkiyədə eks-prezidenlərə də “cümhurbaşqanı” kimi müraciət etmək qəbul olunub. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930