Lütvəli Babayevin Zərdabda "abadlıq" biznesi

17.03.2014 - 14:55

Lütvəli Babayevin Zərdabda “abadlıq” biznesi

Icra başçısı adı olub özü olmayan şirkətlərə milyonlar köçürür və sonradan bu miylonların taleyindən kimsə xəbərdar olumur
Zərdabdan  PİA.AZ daxil olan məlumata görə rayon icra başçısı Lütvəli Babayev rayonun abadlaşdırılması üçün ayrılan 2.1 milyon manat vəsaiti özünə yaxın şəxslərin adına olan şirkətlərə köçürərək külli miqdarda qazanc əldə edib. Belə ki, Zərdab şəhərində binaların dam örtüyünün dəyişdirilməsi üçün “Əlif-ƏƏ”  MMC və “Dəniz-11” MMC-yə 220 min manat, şəhərin müxtəlif yerlərində abadlıq işlərinin görülməsi üçün “Odlar Yurdu-2” MMC-yə, “Əhəd”  MMC-yə, “Sələflər” MMC-yə,  “Omeqa” MMC-yg, “Ziya” MMC-yə, “Elşən” MMC-yə və digər şirkətlərə 1,9 milyon manat vəsait köçürülüb.
Məlumatlı mənbə bildirir ki, Zərdab şəhərində abadlıq işlərinin çoxlus ayda şirkətlərə verilməsi birbaşa icra başçısı  Lütvəli Babayev  planı olub.  Çünki bu şirkətlərə köçürülən vəsaitlər yarı hissəsi nəğd şəkildə icra başçısına faiz kimi çatdırılıb.  Məlumatda iddia olunur ki, adı çəkilən kiçik müəssiəsələr əslində bir nəfərlik MMC- lərdir və onlar gördükləri abadlıq işlərini həyata keçirən işçilərini muzdla tutublar.
Bundan başqa Lütvəli Babayevin şirkətləri əsas yeyinti maxinasiyaları isə xiyabanaların, parkların hasarlarına döşənən  aqlay üzlür daşların qiymətlərinin fantastik dərəcədə şişirdilməsidir. Bildirilir ki, Zərdab rayon icra hakimiyyətinin nəzdində olan  28 icra nümayəndəsindən ildə bir neçə dəfə hesab alıınıb və həmin abadlıq işləri də məhz bu “hesablardan” maliyyələşdirilib . mənbə qeyd edir ki, Bu hesab rayon büdcəsindən icra nümayəndəliklərinin rayon səahibkarlarından topladıqları vəsait hesabına formalaşıb. Həmçinin daxili büdcədən icra nümayəndəliklərinə ayrılan vəsaitlər nəqdləşdirilərək rayonun abalaşdırılmasına yönləndirilib əsas əvəsait isə məeimsənilib.
Qeyd edək ki, Lütvəli Babayevin Zərdab rayonunda büdcə təşkilatlarından hər ay aldığı haqlarla bağlı redaksiyamıza göndərilən məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…(pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5158

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930