Saxta diplom mafiyasını kimlər idarə edir?

17.03.2014 - 15:36

Saxta diplom mafiyasını kimlər idarə edir?

Saxta diplom “biznesinin” şok təfərrüatları
Evindən minlərlə saxta diplom çıxan qadın zaminə buraxılıb: İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyevin işdən azad olunmasının sensasion səbəbi; dələduzluq maddəsi ilə 3 məhkum olunan Şəlalə Hüseynova hansı təhsil ocaqlarının diplomunu satıb? Evindən 2500-ə qədər saxta diplom çıxan dələduz niyə azadlığa buraxılıb?..
Azərbaycanda son illər gündəmdən heç cür düşməyən saxta diplom qalmaqalları günü-gündən böyüyür. Son bir neçə ayda Müəllimlər İnsitutunun bir neçə filialının bağlanmasına səbəb olan saxta diplom qalmaqalı yeni məcra qazanıb. Qeyd edək ki, bu ilin fevral ayının 27-də Respublika Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
PİA.AZ-a Şəlalə Hüseynovaının dələduzluq fəaliyyəti ilə bağlı şok məlumatlar daxil olub. Belə ki, PİA.AZ-a daxil olan eksküliziv məlumatda bildirilir ki, Şəlalə Hüseynovanın həbsi və evindən çıxan 2500-ə saxta diplomun İqtisad İnstitutunun rektoru, millət vəkili Şəmsəddin Hacıyevin işdən azad olunması arasında birbaşa əlaqə var. Belə ki, PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Şəlalə Hüseynova istitaqda rektorun əleyhinə ciddi sayılacaq ifadə verib və dələduz qadının ifadəsi ölkə başçısına təqdim edildikdən sonra Şəmsəddin Hacıyevin vəzifədən alınması iləbağlı prezident sərəncam verib
Qeyd edək ki, Şəlalə Hüseynova artıq 4-cü dəfədir ki, həbs olunur və hər dəfədə öhdəsində azyaşlı övladı olduğu üçün azadlığa buraxılıb. 4-cü dəfə həbs olunarkən isə, bu xanımın üzərində şərti cəza ilə əvəzlənən üçüncü məhkəmə qərarı hələ də qüvvədə olub. Mənbə bildirir ki, Şəlalə Hüseynova saxta diplom işinə görə 3-cü dəfə həbs olunarkən onunla bərabər biri qadın olmaqla 3 nəər daha yaxalanıb. Hazırda həbs olunan digər qadında həbsdən azad olunmasına baxmayaraq, digər iki kişinin hələ də barmaqlıqlar arasında olduğu bildirilir. Qeyd olunur ki, üçünsü dəfə 3 il əvvəl saxta diplom işinə görə həbs olunan Şəlalə Hüseynova həbsdən yaxa qurtarmaq üçün evini satıb və hazırda həmin qadın kirayədə yaşayır. Buna baxmayaraq Şəlalə Hüseynova yenə də dələduzluq əməllərini davam etdirərək müxtəlif vətəndaşlara külli-miqdarda ziyan vurmaqda davam edib.
Daxil olan məlumatda göstərilir ki, Şəlalə Hüseynova həbs olunduğu zaman onun yaxını evdəki saxta diplomların böyük bir hissəsini mənzilin balkonundan küçəyə ata bilib. Amma buna baxmayaraq istintaqçılar Hüseynovanın evindən 1000-dən artıq saxta diplom aşkarlanaraq müsadirə edilib. Bildirilir ki, istintaq orqanlarının müasadirə etdikləri saxta diplomların böyük əksəriyyəti Müəllimlər İnstitutunun Mingəçevir, Ağcabədi, Salyan, Cəlilabad filiallıarına aid olan saxta diplomlar olub. Mənbə bildirir ki, Azərbaycan Müəllimlər İnstutunun rektoru Aqiyyə Naxçıvanlının dələduz Şəhla Hüseynova ilə heç bir münasibəti olmayıb. Buna baxmayraq Azərbaycan Müəllimlər İnstutunun tədris isləri uzrə prorektoru, dossent Razim Məmmədovun, həmçinin şöbə müdiri Telman Muradovun dələduz qadınla “işgüzar” münasibətləri olub və bu münasibətlər uzun illərdir davam edib. Belə ki, iddaya əsasən 6 il müddətində Şəhla Hüseynova Azərbaycan Müəllimlər İnstutunun yüzlərlə “diplomunu” satıb.
Qeyd edək ki, iddalarla bağlı Azərbaycan Müəllimlər İnstutundan münasibət öyrəndik. PİA.AZ-a danışan Azərbaycan Müəllimlər İnstutunun rəsmisi bildirdi ki, hər hansı bir vətəndaşın evində Azərbaycan Müəllimlər İnstutunun diplomlarının aşkarlanması imkansızdır və nə rektor Aqiyyə Naxçıvanlının, nə prorektor Razim M?mm?dovun, nə Telman Muradovun dələduzluqda ittiham olunan xanımla heç bir tanışlıqları və münasibəti olmayıb.
PİA.AZ-a daxil olan məlumatda vurğulanır ki, Şəlalə Hüseynovanın evində aşkarlanan “diplomların” arasında Azərbaycan İqtisad Universitetinə və bu təhsil ocağının Dərbənd filialına aid olan diplomlar aşkarlanıb. Elə Universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyevin qəfildən vəzifədən alınmasının səbəbi də Şəlalə Hüseynovanın istitaq orqanlarına verdiyi izahat olunub. Belə ki, Aqiyyə Naxçıvanlıdan fərqli olaraq Şəmsəddin Hacıyevin dələduzluqda ittiham olunan qadınla birbaşa əlaqəsi olub və bundan başqa Universitetin prorektorlarından biri Şəlalə Hüseynova mütamadi olaraq işbirliyi içində olub.
Qeyd edək ki, məlumatda göstərilir ki, Şəlalə Hüseynovanın həbsi zamanı aşkarlanan diplomların arasında Azərbaycan Pedoqoji Universitetinin və Xarici Dillər Universitetinin diplomları da aşkarlanıb. Bu barədə oxucularımız ikinci yazıda tanış olacaqlar.
Yazıda adı keçən qurumların və şəxslərin mövqelərini dərc etməyə hazırıq…(pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031