Metro satıcıları etiraz aksiyasına başladı

17.03.2014 - 16:11

Metro satıcıları etiraz aksiyasına başladı

Metronun “Neftçilər” stansiyasında köşkləri yığışdırılan satıcılar hazırda “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiya keçirirlər.
Onlar metropolitenin rəisi Zaur Hüseynovla görüşməyi tələb edirlər.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, təxminən 50-60 satıcı Z.Hüseynovla görüşmədən ərazini tərk etməyəcəklərini deyir. Şikayətçilər köşkləri üçün ödədikləri vergi rusumunun geri qaytarılmasını tələb edirlər.
Satıcıların sözlərinə görə, digər stansiyalarda alver edənlərin vergi ödənişi geri qaytarılıb. 
Ərazidə çoxlu sayda polis əməkdaşı var.
Əməkdaşımız xəbər verir ki, satıcıların nümayəndələri ilə görüşən rəhbərlik onlara köçəklik edə bilməyəcəklərini deyib. Satıcılara bildiriblər ki, pullarının mənimsənilməsi ilə bağlı rayon prokurorluğuna müraciət etməlidirlər. Satıcılar isə metropoliten adından onlardan pul toplayan Elşən adlı şəxslə əlaqə saxladılar. Elşən isə pulların geri qaytarılması üçün bir neçə gün vaxt istədi. Şikayətçilər bildirdilər ki, digər stansiyalarda köşkləri sökülənlərə 1500 manat geri ödənilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5160

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930