Elnur Aslanovun gedişi prosesin başlanğıcıdır

18.03.2014 - 10:34

Elnur Aslanovun gedişi prosesin başlanğıcıdır

Azərbaycanda dövlət idarəçiliyində təmsil olunan Gülən hərəkatına bağlı şəxslərin hamısı tutduğu vəzifələrdən çıxarılacaq
Bu barədə “Axar.az”a olduqca mötəbər mənbədən məlumat verilib. Məlumatda deyilir ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsi sadəcə başlanğıcdır. Növbədə isə dövlət idarəçiliyində olan digər kadrlar var: 
“Vəzifələrini itirəcək olanların arasında ayrı-ayrı rayonların icra hakimiyyəti başçılarının müavinləri, müxtəlif komitələrin şöbə rəhbərləri var. Siyahı bununla da bitmir. Milli Məclisdə təmsil olunan və Gülən hərəkatına bağlı millət vəkillərinin də növbəti – 2015 seçkilərində iqtidar komandasından birdəfəlik uzaqlaşdırılacağı gözlənilir. 
Ancaq “xidmət hərəkatı”na açıq-aşkar bağlı olanlar var ki, onların dövlətdən maliyələşən bütün layihələri dondurulacaq, həmçinin indiyə qədər həyata keçirdikləri layihələrin hesabatı sorulacaq. Elnur Aslanovun işdən çıxarılmasından sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan və “xidmət hərəkatı” üzvlərinin işini himayə edən şəxsləri də eyni aqibət gözləyir”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728