Anti-nurçuların hədfində daha hansı məmurlar var?

18.03.2014 - 10:40

Anti-nurçuların hədfində daha hansı məmurlar var?

Hədəfə daha iki mərum gəldi; Elnur Aslanovla bağlı gizli məlumatları ötürənlər Əli Həsənov və Fazil Məmmədovla bağlı informasiyaları dövriyyəyə buraxmağa başlayıblar…
Artıq bir xeyli müddət idi ki, müxtəlif e-mail ünvanlardan sayt və qəzetlərə “ilginc”, “şok” və daha “dəhşətli” məlumatlar ötürən Əjdər Əliyev adlı şəxs istəyinə demək olar ki, çatdı. Elnur Aslanov və Allahşükür Paşazadə ilə bağlı yayımladığı məlumatlarda olduqca ciddi ittihamlar irəli sürən bu “şəxs” Aslanovun işdən çıxarılmasının zəfərini qutlamaqdadır. 
Amma Elnur Aslanovun işdən çıxarılmasının ardından yeni hədəflərin kim olacağı məsələsi də olduqca maraqlıdır. Əslində, bunun üçün Əjdər Əliyevin bir neç gün gözləyəcəyi düşünülsə də, qarşı tərəfin boş dayanmaq fikri olmadığı üzə çıxıb.
Elnur Aslanova qarşı geniş kampaniya təşkil edən maraqlı qüvvələr dünəndən etibarın Prezident Admnistrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla bağlı informasiyalar dövriyyəyə buraxıblar. Və bunun davamlı olacağı elə ilk məlumatlardan da aydın görünür. 
İkinci hədəfə gətirilmiş məmur isə vergilər naziri Fazil Məmmədovdur. Onun haqqında hələlik geniş bilgilər yaymayan maraqlı tərəflər yəqin ki, yaxın günlərdən etibarın ilginc informasiyaları dövriyyəyə buraxacaqlar. Və bu dövriyyəyə buraxılan məlumatlarda Fazil Məmmədovun vəhhabilərlə əlbir olması ittihamı ortaya atılacaq. 
Vergilər nazirinin vəhhabilərə maliyyə yardımı göstərdiyini dolayısı ilə təsdiq edən bir sıra məqamların olduğu əvvəldən məlum idi. (jam.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5168

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930