"Bank of Baku" Texnika Bankın yolunu gedir? – Bu bank bağlana bilər

18.03.2014 - 10:45
“Bank of Baku” Texnika Bankın yolunu gedir? – Bu bank bağlana bilər

Son günlər KİV-də “Bank of Baku” ASC barədə müxtəlif məlumatlar gedir.
Ayın əvvəlində “Bank of Baku” Müşahidə Şurasının sədri Elçin İsayevin həbs edildiyi yazılmışdı. Sonradan İsayev bunu təkzib etdi və bankın sisteminə qanunsuz giriş olduğu üçün onun müraciəti əsasında MTN yoxlama başlayıb. Yoxalama zamanı bir sıra şəxslərin müdaxiləsi təsdiq edilib.
haqqin.az portalının məlumatına görə, İsayevin dedikləri həqiqətə uyğun deyil. İstintaq İran izi, çirkli pulların yuyulması, Rza Zərrabla əlaqələrlə bağlı aparılır. Portalın məlumatına görə,”Bank of Baku”nun sahibi Rza Zərrabın bacısı Şəhramdır. Bankın sahibi İran pullarının Azərbaycanda yuyulmasında iştirakçıdır və bu, xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.
2010-cu ildə Wikileaks saytında ABŞ səfiri Enn Dersin məxfi yazışması açıqlanmışdı. O, bir neçə bankda, o cümlədən Bank of Baku, Bank Melli Iran, Xalq Bank və Royal Bank of Bakuda çirkli pulların yuyulması şübhəsini ifadə etmişdi. “İrandakı mənbə bildirib ki, onun dostu Adil Şəhrəbaninin (Bank Melli Iran-ın keçmiş meneceri) $5 mln nağd pulu Bank of Baku-ya verdiyinin şahidi olub, bunlar kitablarda qeydiyyata alınmayıb”. Adı keçən Royal Bank 2012-ci ildə lisenziyadan məhrum edilib.
Paralel olaraq Bank of Bakunun lisenziyasının ləğv edilməsi xəbəri yayıldı, amma AMB bir gün sonra məlumatı təkzib etdi.
Son məlumatlara görə, İH sədri Fərid Hüseynov həbs edilib onun yerini ABB-nin sabiq baş direktoru Elmir Həbibullayev tutub.
Beynəlxalq bankın mətbuat xidməti məlumatı şərh etməkdən imtina edib, amma qeyd edib ki, deyilən şəxs indi bankın baş direktorudur.
Bank of Baku-nun mətbuat katibi dəqiqləşmə üçün yarım saat vaxt istəyib, amma sonradan ondan cavab almaq mümkün olmayıb.
Bank of Baku ətrafında söhbətlər düz çıxsa, ABB menecerlərinin “problemli” banklara rəhbər təyin edilməsi ənənəyə çevriləcək. 2012-ci ilin əvvəlində Texnika Bank-ın rəhbər şəxsləri həb edilmişdi. İki aya bankın rəhbər vəzifələrinə ABB-nin əməkdaşları gətirildi. Sonradan bankın səhmdarlarının tərkibi də dəyişdi, Müşahidə Şurasının sədri 15%-dən məhrum oldu. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930