Ziya Məmmədovla Cavid Qurbanovun bölə bilmədiyi milyonlar
18.03.2014 - 11:23
Ziya Məmmədovla Cavid Qurbanovun bölə bilmədiyi milyonlar

Yolları dağıdan ağır tonnajlı maşınların böyük əksəriyyəti məhz Ziya Məmmədovun digər qardaşı Loğman Məmmədovun rəhbərlik etdiyi avtobazaya məxsusdur
Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun münasibətlərinin gərgin olduğu və ikili arasında bir ildən artıqdır ki, soyuq savaşın getməsi artıq çoxdan mətbutın mövzusuna çevrilib. Savaşın başlamasına əsas səbələrdən biri isə Ziya Məmmədovun qardaşlarını “Azəryolservis” ASC-nin gəlirlərinə şərik etməsi olub. Daha doğrusu Ziya Məmmədovun qardaşlarının Cavid Qurbanovla heç bir məsələdə anlaşmaq istəməmələri nəticəsində Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətləri normal axarından çıxarıb.
Qeyd edək ki, təqribən bir ay əvvəl ağır tonnajlı maşınların yeni çəkilən yolları dağıtması barədə Cavid Qurbanovun iradından sonra nəqliyyat naziri bu məsələdə məsuliyyət daşıyan qardaşı Nəriman Məmmədovun “MMC 85″adlı qurumunu ləğv edərək onu Azəryolservis” ASC-nin sədrinə müşavir təyin etməsi münasibətləri daha da gərginləşdirib. Onu da xatılrlatmaq yerinə düşər ki, yolları dağıdan ağır tonnajlı maşınların böyük əksəriyyəti məhz Ziya Məmmədovun digər qardaşı Loğman Məmmədovun rəhbərlik etdiyi avtobazaya məxsusdur.
Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Loğman Məmmədov həmçinin Cavid Qurbanovla Ziya Məmmədov arasında münasibətlərin korlanmasına səbəb olan əsas simadır.
Belə ki, PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Loğman Məmmədov “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun nəzarətində olan Yol İstismar idarələrinə il boyu özünün ağır tonnajlı maşınları üçün ezamiyyətlər yazaraq dövlətin milyonlarını mənimsəyir.
Daxil olan məlumatda göstərilir ki, Loğman Məmmədov nəzarətində olan ağır tonnajlı maşınları hər il “Azəryolservis “ASC-nin Yol istismar İdarələrinə ən azı 5 dəfə məcburi 1 aylıq ezamiyyət göndərir. Yol istismar İdarələrinə göndərilən məcburi ezamiyyətlərin bütün xərclərini isə idarə müdirləri qarşılayırlar. Hər bir idarəyə azı 4 ağır tonnajlı maşın göndərilir və Loğman Məmmədov bu maşınların adlarına gündəlik 500 manatdan çox vəsait yazdırır və həmin vəsait silinrək mənimsənilir. Qeyd olunur ki, Loğman Məmmədovun ağır tonnajlı maşınlarının Yol istismar İdarələrinə göndərdiyi məcburi ezamiyyətlərdən ildə büdcədən təxminən 15 milyon manata yaxın qazanc əldə olunur. Amma bu qazancdan Cavid Qurbanova və onun idarələrinə qara qəpikdə verilmir. Loğman Məmmədovun özbaşınlıqlarına qarşı Ziya Məmmədovun heç bir tədbir görməməsi və nazirin öz qardaşının tərəfini tutması Cavid Qurbanovun Ziya Məmmədova qarşı cəbhə açmasına səbəb olub. Həmçinin məlumatda o da vurğulanır ki, nazir qardaşı öz sürücülərinə qarşı çox kobud davranır, yerli-yersiz onları təhqir etməkdən belə çəkinmir.
Xatırladaq ki, hələ iki əvvəl Nəqliyyat Nazirliyinin xətti ilə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində işləmək üçün Gürcüstana ezam olunmuş 26 azərbaycanlı sürücü mətbuata müraciət edərək 4 aydan çox əmək haqqlarını almadıqlarını və buna görə qonşu ölkədə sanki girov vəziyyətə düşdüklərini bildirmişdilər. Həmin hadisənin günahkarı məhz Ziya Məmmədovun qardaşı Loğman Məmmədov olsa da, bəzi mətbu orqanlar bu hadisəni “Azəryolservis” ASC sədri Cavid Qurbanovun üstünə atamq istəyirdilər. Bu zaman isə Cavid Qurbanov aidiyyatı yerlərə günahkarın həqiqətəndə Loğman Məmmədov olmasını bildirmiş və nazirin qardaşını çətin vəziyyətə salmışdı. Bu isə Ziya Məmmədovun öz dostu və şərikinə qarşı qəzəblənməsi ilə nəticələnmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=5171