Rəsul Quliyevdən şok açıqlamalar

18.03.2014 - 11:32

Rəsul Quliyevdən şok açıqlamalar

Milli Məclisin eks-spikeri Rəsul Quliyev 1995-ci ilin mart hadisələri haqda danışıb
Qeyd edək ki, həmin hadisələr zamanı Rəsul Quliyev parlamentin sədri postunu tuturdu.
Verilən məlumata görə, R.Quliyev “OMON hadisələri” və Rövşən Cavadov haqda bunları deyib:
“Heç kim Rövşən Cavadovu və ya kimisə öldürməyi qarşısına qoymamışdı.Ağ bayraq qaldırandan sonra aktiv hərəkət etmək olmaz, silahları təhvil verib təslim olduğun tərəfin hansı qərar çıxaracağını gözləməlisən. Təəssüf ki, Cavadov ətrafındakı bir neçə nəfərlə silahlı qüvvələrə atəş açıb qaçmaq istəyəndə əsgərlər də onlara atəş açıb. Gecə qaranlığında heç bir kəs həmin o qaçmaq istəyənlərin içində Rövşən Cavadovun olduğunu bilmiyib. Fikrimcə, əsgərlərin arasında heç zabit də olmayıb.Ona görə də Cavadovun guya, qəsdən öldürüldüyü barədə iddialar nağıldır…
… Güllə atanlardan birinin adı tutaq ki, Əmiraslan olub, bunun nə əhəmiyyəti var. Reallıq əsgərlərə qaça-qaça atəş açan “OMON”çulara atəşlə cavab verilməsi və hansısa əsgərin atdığı güllənin təsadüfən Cavadovun ayaq arteriyasına dəyməsi və onun qanaxmadan ölməsidir. Əsas məsələ kimin nə uğrunda vuruşmasıdır. Ölkədə 1993-cü ildə seçilmiş prezidentin, 1990-cı ildən seçilmiş, Mütəllibov və Elçibəy hökümətlərinin qəbul etdiyi parlamentin olmasına baxmayaraq, bəzi qüvvələr bu rejimi silah yolu ilə devirib hakimiyyətə gəlmək istəyir. Bunun ancaq bir adı var – dövlət quruluşunu zorla devirməyə cəhd, başqa bir adı yoxdur. İndi kimsə iddia edə bilər ki, “Əliyev diktatura qururdu, ona qarşı müharibə edirdik”. Adamdan soruşarlar kim sizə bu işi görməyə mandat vermişdi, mandatsız belə bir iş görmək banditizmidir, başqa adı yoxdur. Kimsə deyə bilər “xalq belə istəyirdi”. Bu da ağ yalandır, xalq 1994-cü ilin oktyabrında 1 milyonluq mitinqi ilə silahlı dövlət çevrilişi cəhdinə yox dedi. “OMON” dövlət çevrilişini dəstəkləmək üçün 8-ci kilometrdə 2 mindən çox adam toplaşmadı. “OMON”un axırının belə qurtaracağına şübhə edənlərin məntiqi çatmır. Rövşən Cavadov təsadüfən aldığı güllə yarasından həlak oldu. Əgər bu hadisə baş verməsəydi, ya 25 il, ya da ömürlük həbs cəzası ilə indi də zindanda idi. 100-dən çox həlak olmuş azərbaycanlının qanının məsuliyyəti onun üzərində idi, dövləti qoruyanların yox”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930