Ərdoğan mitinqdə Atatürkün əleyhinə danışdı

18.03.2014 - 12:23

Ərdoğan mitinqdə Atatürkün əleyhinə danışdı

Türkiyə baş naziri RəСЃəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində çıxış etdiyi Aydın şəhərində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün ünvanına ağır sözlər səsləndirib. 
ANS PRESS-in məlumatına görə, Ərdoğan deyib: “İndi gələn zaman bəziləri mənim üçün Atatürkün portretlərini yelləyirlər. Mənim üçün niyə Atatürkün portretini yelləyirsən? Böyük ehtimalla, РЎHP-lidirlər”,- deyə o, hakim partiya AKP-nin mitinqində Atatürkün şəklini qaldıranların müxalifətçi РЎHP partiyasının nümayəndələri olduğunu vurğulayıb. 
Ərdoğanın sonrakı sözləri isə daha ağır olub: “Ya mərhum Menderesin apardığı demokratik mübarizənin yanında, ya da onu şəhid edənlərin yanında yer alaСЃağıq. Bu seçkilərə sadəСЃə yerli seçki kimi baxmayın. Onda Menderesə diktator dedilər. Bu gün də mənim üçün deyirlər… Onda “Menderes gənСЃləri öldürür” dedilər. Bu gün mənim üçün eyni sözləri deyirlər. Onda Menderesə azadlıq düşməni dedilər. Bu gün də mənim üçün deyirlər…”,- deyə bildirən RəСЃəb Tayyib Ərdoğan özünü hərbi çevriliş nətiСЃəsində edam edilmiş Adnan Mendereslə müqayisə edib. 
27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirildi. Yassıadada həbs edildi. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edildi. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.
Türkiyə Respublikasının 10-cu baş naziri Ali Adnan Ertekin Menderes 1899-cu ildə Aydın şəhərində doğulub. O, 27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirilib. Yassıadada həbs edilib. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edilib. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728