Azərbaycana gətirilən yarım milyonluq "Galendewagen"in sahibi məlum oldu

18.03.2014 - 13:59

Azərbaycana gətirilən yarım milyonluq “Galendewagen”in sahibi məlum oldu

Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən “Mercedes-Bens G63 AMG Galendewagen” avtomobilinin sahibinin adı məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb.
Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.
Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.
1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.
Virtualaz.org saytı Bakıya gətirilən “tank gücündə” avtomobilin həqiqətən həmin məmura məxsus olub-olmadığı barədə araşdırmalar aparır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728