Rusiyadan azərbaycanlı köçü başlayır

18.03.2014 - 15:21

Rusiyadan azərbaycanlı köçü başlayır

İqtisadi böhran qonşu ölkədə çalışan həmyerlilərimizi geri dönməyə məcbur edib
Rusiyada iqtisadi çətinlikdən dolayı işləyən azərbaycanlıların dünəndən etibarən köçü başlayıb. Politika.az xəbər verir ki, bu köçün başlamasına səbəb qonşu ölkədə iqtisadi vəziyyətin ağırlaşması və bundan sonrakı mərhələdə də prosesin durmayacağıdır. 
Məlumatlarda qeyd olunur ki, artıq iki gündür Moskva və Rusiyanın daha bir neçə iri şəhərindən Azərbaycana gəlmək istəyən həmyerlilərimiz bilet belə tapa bilmirlər. Yalama Gmrüyündən şəxsi avtomobil və piyada keçənlərin sayı isə əvvəlki günlərə nisbətdə bir neçə dəfə artıb. 
Politika.az ötən günlərdə ölkəmizə təşrif buyurmuş həmyerlilərimizin bir neçəsi ilə məsələ ilə əlaqədar danışıb. Onlar bildiriblər ki, artıq Rusiyada yaşamaq və işləmək olmur. “Çünki rusların bizə olan münasibəti daha əvvəlki kimi deyil. Həmçinin iqtisadiyyt çökdükdə qazanc da azalır. Əgər orada işlədiyimizin yarısı qədər Bakıda işləsək, daha artıq pul qazana bilərik”. 
Həmsöhbətlərimiz daha sonra bildirirlər ki, bəziləri Novruz Bayramına görə evlərinə dönürlər. Onların bayramdan sonra Rusiyada durumun düzələcəyinə ümidləri var. “Lakin bu ümidlərin doğrulacağı inandırıcı deyil. Çünki Rusiyada müharibə əhval-ruhiyyəsi mövcuddur. Üstəlik, bu gedişin tez bir zamanda qarşısının alınması mümkünsüzdür”

Short URL: http://www.cumhuriyyet.net/?p=5184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728