Putin dünyaya meydan oxudu

18.03.2014 - 16:38

Putin dünyaya meydan oxudu

Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiyanın region başçıları və vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşısında Krım və Sevostopolun Rusiya Federasiyasına qəbul olunması ilə bağlı çıxış edir.
V.Putin BMT və ABŞ-ın Kosova ilə bağlı qərarının Krım referendumu üçün president yaratdığını deyib. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Krıma daxil olmadığını və Rusiya yarımadadakı bazasında olan hərbçilərin sayının 25 mini ötmədiyini bildirib. “Biz Krımdakı hərbi qruplaşmanı gücləndirdik, amma müqavilədə nəzərdə tutulmuş son ştat sayını keçmədik”, – prezident əlavə edib.
 
Rusiya prezidenti Qərb partnyorlarının özlərini kobud, məsuliyyətsiz və qeyri-peşəkar apardığını bildirib. Putin vurğulayıb ki, Rusiya təmkinli siyasətini bu gün də davam etdirir. O, Qərbi isterikanı dayandırmağa, Rusiyanın milli maraqlarına hörmət etməyə çağırıb. Rusiya dövlət başçısı Krımdakı vəziyyətlə bağlı sərgilədiyi mövqeyə görə, Çinə minnətdarlığını ifadə edib.
 
Krım heç vaxt banderaçıların (Qərbi Ukraynanın milli qəhərəmanı Stepan Banderanın adından götürülüb, təhqiramiz ifadə kimi işlədilir-red.) olmayacaq. Krım güclü və davamlı Rusiya suvereniteti altında olmalıdır.
*****
 “Rusiya üçün Ukrayna ilə münasibətlər həmişə əhəmiyyətli və əsas olacaq. Rusiya həmişə Ukraynaya kömək edib, xüsusilə sərhədlərin delimitasiyası məsələlərində. Biz Rusiya Federasiyası maraqları və onun vətəndaşlarının Ukrayna ərazisində nəzərə alınmasını gözləmişik”,- Putin söyləyib.
Krımın Ukrayna verilməsi ilə bağlı Nikita Xruşovun qərarını xatırladan Rusiya prezidenti qeyd edib ki, tarixçilər bu qərarın səbəblərini aydınlaşdırmalıdırlar. “Totalitar dövlətdə vətəndaşlardan heç nə soruşmurdular, sadəcə fakt qarşısında qoyurdular”, – deyə o, vurğulayıb.
V.Putin bildirib ki, Rusiya yardımla bağlı Krımın xahişinə səs verməyə bilməzdi. “Əks halda bu xəyanət olardı” deyən V.Putinin sözlərinə  görə, krımlılara tarixdə birinci dəfə öz taleyini müəyyən etmək hüququnu reallaşdıra bilmək üçün şərait yaradılmalı idi. Putin Ukraynada hakimiyyət dəyişikliyinin rusfoblar və ekstremistlər tərəfindən həyata keçirildiyini bildirib. “Məhz onlar ölkədə indiki həyatı müəyyən edirlər”, – Rusiya dövlət başçısı deyib.
*****
 Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına birləşmək barədə Krımın etdiyi müraciətlə bağlı parlamentin üzvləri, qubernatorlar və vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında çıxış edir.
 
Publika.Az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin çıxışı Kreml sarayının Georgiyevski zalında baş tutub.
 
Xəbər agentliyinin yazdığına görə, “Krım Respublikası”nın baş naziri  Sergey Aksyonov və parlament sədri Vladimir Konstantinov da hazırda həmin zaldadır.
Rusiya prezidenti Krımdakı referendumun demokratik prosedurlara müvafiq keçirildiyini bildirib.
Putin bildirib ki, Krım tatarlarının bütün hüquqlarının bərpası üçün bütün addımlar atılmalıdır. O, Krımda üç dil – Ukrayna, rus və tatar dillərinin bərabər hüquqlu olmasının vacibliyini dilə gətirib.  
V.Putin Krım Ukrayna tərkibinə verilməsi barədə qərarın aşkar şəkildə Konstitusiya normalarının pozulması ilə qəbul edildiyini deyib. O, SSRİ-in dağılmasından sonra rus xalqının ən böyük bölünmüş xalqlardan biri olduğunu qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930