ABŞ-ın dövlət katibi Azərbaycana gəlir

18.03.2014 - 17:50

ABŞ-ın dövlət katibi Azərbaycana gəlir

“ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycana səfər etmək niyyətindədir, ancaq hələlik dəqiq tarix müəyyən edilməyib”.

Virtualaz.org haqqin.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

“Mən ötən həftə Vaşinqtonda – səfirlərin konferensiyasında ABŞ-ın dövlət katibi ilə görüşdüm. Və o, Azərbaycana səfər etmək istədiyini bildirdi”, – R.Morninqstar əlavə edib.

Qeyd edək ki, bir az əvvəl gürcü mətbuatı da rəsmi dairələrə istinadən Con Kerrinin yazın axırınadək Cənubi Qafqaza səfər edəcəyi barədə məlumat yaymışdı.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=5188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728