«NAZ-Lifan» almaq istəyənlərin sayı artıb

29.01.2016 - 17:14

naslifanÖlkə prezidenti İlham Əliyev məmurların xarici avtomobildən istifadəsini tənqid edəndən sonra «NAZ-Lifan» almaq istəyənlərin sayı artıb.

Bunu Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev modern.az saytına müsahibəsində bildirib ki, onlar yanvarın 27-də Çinə məktub göndərərək, qiymət siyasətinə yenidən baxmağı təklif ediblər: «Bildirmişik ki, dövlət bizim avtomobillərlə maraqlanır. Biz elə təklif verməliyik ki, tələbata uyğun olsun, arzusunda olan hər bir adam bizim avtomobilləri sürə bilsin».

Naxçıvan Avtomobil Zavodu son 3 il ərzində 3 min 200 avtomobil yığıb. Satış həcmi isə 2 min 850 avtomobil olub. Bunu Naxçıvan Avtomobil Zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov “Azadlıq Radiosu”na bildirib.

Onun sözlərinə görə, zavod hazırda Çinin «Lifan» şirkəti ilə əməkdaşlıq edir: «Hazırda digər avtomobil sahəsində çalışan müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir», – deyə o bildirib.

Məqsəd Rəhimovun sözlərinə görə, 50-yə qədər işçinin çalışdığı Naxçıvan Avtomobil Zavodunda avtomobillərin şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir: «Gələcəkdə şassilərin üzərinə quraşdırılan bəzi hissələrin müəssisəmizdə və Azərbaycanın digər müəssisələrində istehsal olunması nəzərdə tutulur».

Short URL: http://www.cumhuriyyet.net/?p=51884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728