Rusiyada dollarla kredit götürənlərə yardım ediləcək

29.01.2016 - 18:06

medvedyevRusiya hökuməti xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım proqramını işə salır.

Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev açıqlama verib.

“Xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl (60 mln. dollar) vəsait ayrılıb”, – Medvedev bildirib.

Hökumət başçısı bildirib ki, bu pullar Mənzil Krediti İpoteka Agentliyinin və yaşayış sahəsinin İnkişafı Fondunun birləşdirilməsi nəticəsində struktura daxil olub.

“Onlar müxtəlif kreditorlara yardıma yönləndiriləcək”, – baş nazir bildirib.

Bu gün səhər 30 valyuta ipotekaçısı uşaqları ilə bərabər Nordea bankın Moskva filialının qarşısında piket keçiriblər. Xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etməsi üçün müraciət ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=51913

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728