Ticarətçilər "Neftçilər"də aksiyaya çıxıblar

19.03.2014 - 11:04

Ticarətçilər “Neftçilər”də aksiyaya çıxıblar

Ticarətçilər 10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən “Neftçilər” metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər. 
Musavat.com-un əməkdaşı ilə söhbətlərində ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər. 
Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı yüzə yaxın olar. Ətrafda polis qüvvələri olsa da, hələlik müdaxilə etmirlər.
Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları “20 Yanvar” metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=5194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728