Azərbaycanda yeni nurçuların adları bəlli oldu – Video

19.03.2014 - 11:12

Azərbaycanda yeni nurçuların adları bəlli oldu – Video

Ötən gün prezidentin sərəncamı ilə Elnur Aslanovun işdən azad edilməsi xəbəri ilə mətbuatda nurçuların siyahısı təzələndi. Fətullah Gülənlə əlaqədə ittiham olunanların siyahısında heç kəsin gözləmədiyi məmurların adları var.
Elnur Aslanovun Prezident Aparatındakı vəzifəsindən kənarlaşdırılması Azərbaycanda nurçuluq məsələsini təkrar gündəmə gətirdi. Məsələni Türkiyə mediasında hətta belə qələmə verənlər də oldu: “Azərbaycan imamı görəvdən alındı”.
Düzdür, Elnur Aslanov və onun təmsil olunduğu hakim partiya prezidentin sərəncamının dinlə bağlılığını təsdiq etmədi. Aslanov sadəcə susmağı üstün tutdu. YAP-dan isə Siyavuş Novruzov danışdı və bildirdi ki, Azərbaycanda heç kim dini baxışlarına görə işdən azad edilmir. Sadəcə hər bir qurumda çalışan şəxsin işinin keyfiyyətinə görə, rəhbərliyi qane edib-etməməsi var ki, qərar da buna görə verilir… 
Amma fakt faktlığında qalır. Elnur Aslanov işdən məhz adı nurçuluqda hallandırılandan sonra azad edilib. Keçmiş şöbə müdirinin türklər demişkən, görəvdən alınması isə bu işin sonu yox, hələ başlanğıcı ola bilər. Çünki adı nurçuluqda çəkilən uzun-uzadı bir siyahı var. Və bu siyahıda daha kimlərin adı yoxdur?! Gənclər və İdman naziri Azad Rəhimovdan tutmuş Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə qədər. Hər gün də media təzə-təzə isimləri ortaya çıxarır.
Bəs yaxşı, Azərbaycanda hamının nurçu axtarışına çıxmasına əsas verən nə oldu görəsən?
İstər-istəməz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın eyham dolu çıxışları yada düşür. 
Baş nazirin bu və həm də Gülən məktəblərinə yönəlik mesajı əslində bir dövlətin başqa bir dövlətin işinə müdaxiləsi kimi qiymətləndirə bilər. Azərbaycan tərəfi də görünür, həm də bunun fərqindədir ki, Gülən məktəblərini birmənalı bağlamadı. Onları SOCAR-ın nəzarətinə verdi. Beynəlxalq Təhsil Mərkəzi ilə “Çağ Öyrətim” şirkəti arasında əməkdaşlıq müqaviləsinə əsasən.
Amma bunun özü də Türkiyənin baş nazirini görünür, razı salmayıb. O, Azərbaycanda Gülən məktəblərinin bağlanması sualına “Mən bu məsələdən heç nə başa düşə bilmədim” deyib.
Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, baş nazirin əsəbiləşdiyini sezməmək mümkün deyil. Və yəqin elə qızğın əsəb anında söylədiyinə görə bəzi fikirlərində yumşaq desək, ehtiyatsız ifadələrə yol verir. Məsələn, Ərdoğan “Kanal 24”-ə verdiyi müsahibədə nurçuları şiələrlə müqayisə edir və görünür, unudur ki, paralellər həmişə təhlükəlidir. Nəticədə o, şiələrən kompakt yaşadığı ölkələr, məsələn, İran İslam Respublikası və iki dövlətin bir milləti kimi tanıdığını dəfələrlə vurğuladığı Azərbaycanın xətrinə dəyə biləcəyini belə diqqətdən qaçırır. 
Biz bu məsələ üzərində çox dayanmırıq. Ən azı ortada dini heysiyyət və əqidə toxunulmazlığı kimi məsələlər var. Türkiyədə nurçularla bağlı gedən araşdırmalar və bəzən uşağı ləyən qarışıq atmaq kimi riskli addımlar barədə də danışmaq istəməzdim. Amma ortada bir məsələnin olması dəqiqdir. Nur və AK partiyanın rəmzindəki lampa bir-birini itələyir. Lap eyniadlı predmetlər kimi.
Azərbaycanı isə görünür, ona görə bu mövzunun mübarizə və mübahisə meydanına çevirmək istəyən qüvvələr var ki, onlar doğrudan da iki milləti yox, iki dövləti bir hesab edirlər. Baxmayaraq ki. Azərbaycan və Türkiyə həm də öz maraqları və mənafeləri olan iki ayrı dövlətdir (ANS TV)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031