Elnur Aslanovun QHT-sinə verilən pullar

19.03.2014 - 12:51

Elnur Aslanovun QHT-sinə verilən pullarElnur Aslanovun QHT-sinə verilən pullar

Elnur Aslanovun QHT-sinə verilən pullarPrezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının nəzarətində işləyən ABŞ Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyinə və “Azərbaycan Biznes Keys Yarışması” layihəsinə müxtəlif şirkətlərdən on minlərlə manat pul yığılıb. Amma bu vəsaitlərin yığılması şəffaf olsa da, hesabatları və vergisi barədə heç bir məlumat yoxdur.
“Axar.az”ın məlumatına görə, layihə aşağıdakı biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alıb: PASHA Bank, BP, Procter&Gamble, Zqan Holding, Statoil və Coca-Cola.
“Biznes keys” layihəsinin akademik sponsoru Azərbaycan Diplomatik Akademiyası, əlaqələndirici isə vitse-rektor (icraçı prorektor) Fariz İsmayılzadədir. İddiaya görə, ianələr və qrantlardan dövlətə ödənməli olan vergi keçirilməyib. Bundan başqa, ABŞ səfirliyinin xüsusi maraq dairəsində olan bu təşkilatın (AAA) nurçuların dəstəyi ilə ABŞ-da böyük təbliğatı aparılıb. “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev də həmin şəbəkə vasitəsi ilə ABŞ-da təcrübə proqramı keçib.
“İrəli” İctimai Birliyi də səfirliyin işinə yarımaq üçün çalışıb. Vaxtı ilə ABŞ səfirliyi öz rəsmi Feysbuk səhifəsini “İrəli” təşkilatının ofisində yaradıb.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyininin İdarə Heyətinə Elnur Aslanova yaxın şəxslər – Aynurə Piriyeva, Cehun Atayev və Turab Teymurov seçilib. Bu şəxslər həm də Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) fəal üzvləri və işçiləridir. Yəni:
Turab Teymurov – Xidmət mütəxəssisi (AmCham)
Aynurə Piriyeva – Koorparativ Sosial Məsuliyyət komitəsinin sədr müavini (AmCham)
Ceyhun Atayev – “İmpact” Jurnalının Baş redaktoru (AmCham)
Məlumat üçün deyək ki, Amerika Azərbaycan Ticarət Palatası (AmCham) özündə 275 yerli və beynəlxalq biznes qurumlarını birləşdirən bir strukturdur.
Aynurə Piriyevanın sədrliyi dövründə AAA təşkilatına biznes qurumlarından gələn maliyyənin miqdarı 70 500 AZN təşkil edib.
ABŞ səfirliyindən gələn maliyənin ümumi məbləği isə illik 40 000 ABŞ dollarıdır.
Xatırladaq ki, nurçu olaraq hallanan bu şəbəkənin fəaliyyətinə ABŞ səfirliyinin xüsusi diqqət və qayğı ilə yanaşdığını müşahidə etmək mümkündür. Tədbirlərin keçirilməsi, ictimai və maddi dəstək baxımından ABŞ səfirliyi bu QHT-ləri heç zaman yalnız buraxmayıb.
Əlavə edək ki, ABŞ səfirliyinin qrant müsabiqələri kifayət qədər mürəkkəb və bir neçə pilləli yoxlamalardan keçir.
“Biznes keys” layihəsi üçün şirkətlərdən alınan və vergisi ödənməyən pulların siyahısı:
Baghlan Group: 9 000 AZN
Pasha Bank: 7 000 AZN
Azercell: 5 000 AZN
Universal Manika: 5 000 AZN
British Petroleum (BP): 5 000 AZN
Exxon Mobile: 5 000 AZN
Procter Gamble: 5 000 AZN
Garant Holding: 5 000 AZN
SOCAR AQŞ: 7 000 AZN
Statoil: 3 000 AZN
Chevron: 3 000 AZN
Deloitte: 6 000 AZN
Eastern and Young (EY): 3 000 AZN
Paşa Holding: 2 500 AZN
Məlumata görə, hazırda bu faktlarla bağlı araşdırmalar davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5201

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728