Ermənilər Naxçıvan iddiası ilə "aksiya" keçirdilər

19.03.2014 - 13:01

Ermənilər Naxçıvan iddiası ilə “aksiya” keçirdilər

Ermənilərin milli-siyasi təşəbbüslə yeni yaratdıqları “Naxçıvan” qrupu və “ONC” partiyası İrəvanın mərkəzində birgə aksiya keçiriblər.
Virtualaz.org azvision.az-a istinadən xəbər verir ki, iki qurumun birgə keçirdiyi aksiyada vur-tut 7-8 nəfər iştirak edib ki, onların da 3-4 ü mətbuat təmsilçiləri olub. Erməni mətbuatı isə bu hadisəni belə təqdim edib: “Bu gün Respublika meydanından Xarici İşlər Nazirliyinə doğru “Naxçıvan” yürüşü keçirilib. Onlarla insanın iştirakı keçirilən “Naxçıvan” aksiyasının məqsədi Azərbaycanın Naxçıvana qarşı törətdiyi cinayətləri Xarici İşlər Nazirliyi və BMT-nin erməni ofisinin yadına salmaqdeır. Aksiya iştirakçıları Naxçıvanın Azərbaycana qeyri-qanuni olaraq verildiyini bildirirlər. “Naxçıvan” təşəbbüs qrupunun üzvü Ani Navardasyan bildirib ki, əgər dövlət bu məsələ ilə məşğul olmasa vətəndaşlar məşğul olacaq”.
Sözügedən aksiyanın video görüntülərini təqdim edirik. 
Qeyd edək ki, ermənilər martın 13-də Azərbaycana növbəti ərazi iddiası ilə “Naxçıvan” təşəbbüs qrupu yaradıblar. Onlar Naxçıvanın əzəli erməni torpağı olduğunu və 1921-ci ildə zorla Azərbaycana birləşdirildiyini iddia edirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930