Tağı Əhmədov ölkəni tərk etdi

19.03.2014 - 13:43

Tağı Əhmədov ölkəni tərk etdi

Sabiq rəisin ailə üzvləri hətta nəvələri ilə Dubay reysi ilə uçduğu bildirilir. Tağı Əhmədovun həbs olunacağı haqda informasiyalar onun ölkədən birdəfəlik getməsi ehtimalını artırır.
Martın 19-da Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov səhər saat 10:05 reysi ilə Dubaya gedib. Bu barədə MeydanTV-yə Heydər Əliyev adına hava limanındakı mənbələr məlumat verib. Bildirildiyinə görə Tağı Əhmədov hava limanında tək deyilmiş. Onunla birlikdə ailəsi və hətta nəvələri də Dubaya uçublar.
Qeyd edək ki, bir müddət əvvəl “Qafqazinfo” saytı sabiq rəisin həbs olunacağı haqqında məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, artıq Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. Yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Yoxlamalara səbəb T.Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasıdır. Sayt buna əsasən T.Əhmədovun həbs olunacağı ehtimalını da mənbələrinə istinadən yaymışdı.
Sabiq rəisin bütün ailə üzvləri, hətta nəvələri ilə birgə ölkəni tərk etməsi bu barədə məlumatların səhih olduğuna şübhə yaratmır. Ancaq bunlara baxmayaraq Tağı Əhmədovun mobilinə dəfələrlə zəng etsək də, telefonu qapalı idi. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728