Model Günay millət vəkilinə cavab verdi
Elə bil, heç bir dərdimiz yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva millət vəkili Nizami Cəfərov haqda öz rəsmi Feysbuk səhifəsində yazıb. O, bu qədər sərt münasibətin doğru olmadığını bildirib:
“Elə bil, ölkədə bütün problemlər bitib, tək problem mənəm. Türkcə danışmağımı qlobal problemə çeviriblər. Hörmətli Cəfərov, xalqa faydası toxunacaq işlər görəsiniz, bu, daha yaxşı olar”.
Xatırladaq ki, millət vəkili Nizami Cəfərov açıqlamasında Günay Musayevanı dəb xətrinə Türkiyə türkcəsində danışmaqda ittiham etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=52041