Eldar Əzizovdan daha bir ilginc qərar (Foto)

19.03.2014 - 14:52

Eldar Əzizovdan daha bir ilginc qərar (Foto)

Eldar Əzizovdan daha bir ilginc qərar (Foto)
Sumqayıt mərkəzi yollarında asfalta Azərbaycan bayrağı təsvir edilib; icra başçısının bu qərarı sumqayıtlıların narazılığına səbəb olub
Sumqayıtın icra başçısının daha bir göstərişi sumqayıtlılar tərəfindən etirazla qarşılanıb. “Yeni Müsavat”ın məlumatına görə, icra başçısının  qərarı ilə şəhərin mərkəzi yollarında asfaltın üzərində Azərbaycan bayrağı həkk olunub. Şəhər sakinlərinin hiddətinə səbəb olan bu olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edən sakinlərə isə bildirilib ki, asfalta bayrağı təsvir olunması o demək deyil ki, dövlət atributumuz təhqir olunur. Sakinlərə bildirilib ki, məsələyə gözəl vizual görüntü prizmasından yanaşınlar.
Facebook sosial şəbəkəsində yaradılan çağırışda isə bayrağımızın təhqir olunması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısında aksiya təşkil olunub. Martın 22-inə təyin olunan aksiya ilə bağlı bildirilib ki, icra başçısının bu əməlinə etiraz əlaməti olaraq hər kəs əlində bir Azərbaycan bayrağı ilə səhər saat 11-də icra hakimiyyətinin qarşısında olsun.
“Eldar Əzizova istefa” adı ilə yaradılan çağırış isə sonradan silinib.  
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı.
Qeyd edək ki,  ötən gün icra başçısı Eldar Əzizovun göstərişi ilə Sumqayıt şəhərində keçirilən  Novruz bayramı  festivalında qeyri-adiliyi ilə seçilib. Belə ki, E.Əzizovun göstərişi ilə Sumayıtda nəhəng Novruz gəmisi  düzəltdirilib. Gəmi  Sumqayıtın baş meydanına daxil olub. Daha sonra gəmidəki toplardan yaylım atəşi açılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5206

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031